Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Necə dözək belə dərdə?! Yaşamağa qoymur bizi. Bələkdəki körpələr də İt yerinə saymır bizi. Div deyilik oyuncağıq, Dərdimizi demək olmur. Adamların zayı çıxıb, Adamları yemək olmur. Ovlayırıq görən kimi, Yavan düşür, yağlı düşür. Adam var ki, yeyən kimi Qarnımıza ağrı düşür. Div deyilik oyuncağıq, Dərdimizi demək olmur. Adamların zayı çıxıb, Adamları yemək olmur. Qalınlaşıb insan gönü, Ağzımızda diş qalmayıb. Hamı yeyir bir-birini, Daha bizə iş qalmayıb. Div deyilik oyuncağıq, Dərdimizi demək olmur. Adamların zayı çıxıb, Adamları yemək olmur. -Ramiz Rövşən
·
1 artı 1'leme
·
196 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.