Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Baxaq dilimizə, nələr görünür? Oxuyub anlamaq yazmaqdan gücdür. Yazan düşünmədən yazsa da belə, Oxucu beş-on gün gərək düşünə Ki, anlasın bu söz ərəbmi, farsmı? O ki qaldı məna... anlayan hanı? Çoxları anlamaz millətdən, aydın, Bircə parçasını şair yazanın. Gün oldu şairlər göyə çıxdılar, Bu yazıq millətə oradan baxdılar. "Od" etmədi, yağdı "atəş" başına, "Siyah" qondardılar "qara" qaşına. Alınır "dil"ləri, "zəban" verilir, İsmarlanıb "baran", "yağmur" kəsilir. "Ağ"ları "bəyaz"a, "sarı"sı "zərd"ə Döndü. Can dayanmaz bu ağır dərdə. Dəyişdi hər şeyi, "bum" oldu "bayquş", "Əlbəsə" geyindi, "paltar" qaldı boş. "Düzlüy"ün yerində bir "istiqamət" Görərək, yeməli, zənn etdi millət. Çalındı "qardaşı", gəldi "bəradər", "Bacı"nın yerinə "həmşirə" gəzər. Nədir bu qiyamət, nə işdəsiniz? Ey bizim qocaman ədiblərimiz? Yaxasından tutub bu "el oğlunu" Fars ilə ərəbin bue "həmvətən"i Şəklinə soxdunuz, baxınız sonra, Oxunacaq lənət belə yazana.
Əhməd Cavad
Əhməd Cavad
·
90 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.