Gönderi

Cansıxıcı azadlıq
Sadəcə, açılan səhərlər... Sadəcə, örtülən gecələr... Cansıxıcı bir azadlıq... Və hər səhər yüzlərlə ölüyə hamilə olduğundan nəfəsi qoxan şəhərlər... və hər gecə sivilizasiyanın Məşhərə danışdığı min bir gecə nağılları... xəbərlər... xəbərlər... Yalqızlıq zamanda gecələməkdi daha tərk edilmiş kişiliyi, əl dəyməmiş qadınlığı... Bəzən saatlarla ilişib qalmaqdı axşam saat doqquza, Səhər saat beşə Bir tərəfi “heç vaxt” olmaqdı, bir tərəfi “həmişə”... Oyuncaq tapançadan atəş açmaqdı sonra Güzgüdəki gicgaha Və hər gün yeməkdən əvvəl İki damla göz yaşını qarışdırıb içməkdi köhnə, ilıq günaha Sonra... sonra, məsələn, televizorda tamaşa etməkdi Qədim və yorğun bir aha... Həyat, guya, nədir ki, uzaqbaşı, əməyin təkamülü. Məbədlərin günbəzinə doldurulmuş o müqəddəs göy üzünə inanma! Yarpaqların sənin deyil, tikanların sənindi, ey sevgili! Ürəyimdə, gözümdə qalanlarım mənimdi. Qabar mənimdi, məsələn, zəhmət yox. Heç bir yaramın sahibi özüm olmadım. Özünü vurmağı bacarmayan tüfəng kimi çarəsiz, səssiz Cüt gözlə baxıram dostumun köksünə. Ölümünü məndən gözləyən nə qədər doğma var bu dünyada... Mən isə, mən yazıq... gücü yalnız öz sahibinə çatan nankor bir ələm! İnsan özü nədi ki, guya? Zamana yayılmış, bəlkə də, dağılmış tanrı! Ey mürdəşir! Ölüncə hər kəs müqəddəsləşir. Amma sən üstümüzdən yuma ömrümüzün kirini. Şam kimi öz əzabımızda yuyunmuşuq biz! Artıq hara gedirsən, get! Bütün şəhərlərdə ən ucuz su göz yaşıdır. Artıq hara gedirsən, get ... getdiyin vidalaşacağın olacaq... Görüşdüyün, ayrıldığın... Oxuduğun hər ilk nəğmə son nəğmən olacaq... Əlvida, ey dünyanın hönkürtüsü dənizlər! Əlvida, ey dünyanın nəriltisi dağlar! Əlvida... Aqşin Yenisey
·
40 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.