Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
·
Puan vermedi
·
11 günde okudu
"Mədəniləşə-mədəniləşə vəhşiləşirik."
Cek London'dan 3-cü kitab. Açığı, kitaba başlayanda haqqında heç bir məlumatım yox idi. Gördüm və başladım oxumağa. Baxmayaraq ki, adı çox aydın qeyd olunub, London'un bu qədər ciddi olduğunu düşünməmişdim.) Qısası, əsərin mövzusu, təsvir forması gözlədiyimdən fərqli oldu. Hadisələr modern dünyanın üzvü olan bir uşağın yuxularında yaşanır. Bəşər tarixinin ilk dövrlərindəki insanın (ya da insanabənzərin) həyatı bütün həyəcanı, qorxusu, sevinci ilə təsvir olunub. Yazıçı əsərdə insanın 3 inkişaf formasını bir dövrdə təsvir etməklə sanki onların fərqini elmiliyin ağırlığından xilas edərək oxucuya izah edir. Diqqətimi çəkən məsələlərdən başlıcası odur ki, əsərdə insan xarakterindəki həm müsbət, həm mənfi özəlliklərin tarixin qədim dövlərindən indiyə qədər dəyişməmiş olmasının əksidir. Vəhşi heyvanların hücumuna məruz qaldıqda daha dərk etmədikləri səbəbdən dolayı bir-birini tək qoyub gedə bilməməkləri, ya da ailə olmaq üçün seçdikləri cütlərini qoruma məcburiyyəti duymaları, cəsarət duyğusu. Bu dəyişməyən özəlliklərdən ən şiddətlisi isə daha güclü olanın zəif olanı məhv edib əlindəkiləri özününküləşdirməsidir. Əsərdə bir "soyqırım" təsvir olunur. Qadın, uşaq, yaşlı demədən hər kəs öldürülür. Üstəlik, bu soyqırımı gerçəkləşdirən inkişafın son mərhələsindəki insan toplumudur. Bəlkə də, Cek London "Mədəniləşə-mədəniləşə vəhşiləşirik" mesajını ötürür, kim bilir)
Âdem’den Önce
Âdem’den ÖnceJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202118,6bin okunma
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.