Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

88 syf.
·
Puan vermedi
·
22 saatte okudu
Spoiler!!!
6 Nömrəli Palata Anton Çexovun yazdığı qısa hekayə olmasına baxmayaraq, iki personaj ilə cəmiyyəti izah etməyə çalışmışdır. Əsəri bəyəndim və bu əsər insanın daxili dünyasını, cəmiyyəti daha yaxşı başa düşməyə kömək edir. Əsərdə İvan Dmitriç adlı personajımız həyatda çətinliklərlə qarşılaşmış, özünü bir yalana inandıraraq sonunda dəlixanaya düşmüşdür. Digər Personajımız isə həkim Andrey Yefimıçdir. O, xəstəxanadakı natəmizliyi, həkimlərin xəstələrə laqeyd yanaşmasını, nəzarətçinin 6 Nömrəli Palatadakı hərəkətlərini bilir. Bu kimi məsələlərə qarşı “Mən etirazımı bildirməklə nə dəyişəcək ki,” deyərək özünü bu fikirdən azad edirdi. Sonra isə bu iki personajın dialoquna şahid oluruq. Həyatda heç bir çətinlik görməyən həkim ağrının canlı bir təsəvvür olduğunu və fikirləşməsək öz-özünə yox olacağını deyir. Görünən odur ki, özünə yalana inandıran tək İvan deyil. İvan isə ona çox gözəl cavab verərək sanki bütün cəmiyyətin vəziyyətini bu cümlə ilə əks etdirir: “Həyatı görməmisiniz, onu əsla tanımırsınız, həqiqətlə isə yalnız nəzəri cəhətdən tanış olmusunuz. İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar! Əsərin sonunda isə həkim Andrey Yefimiç özü bu palataya düşür. Burda xəstələrin nə çəkdiyini, bu acıları özü hiss edir. Bir sözlə birinin dərdini anlayıram demək çox asandır. “Səni başa düşürəm” deyən birinə Vilyam Şekspirin cavabı belə olur: “Hiss edə bilmədiyin bir şeyi anlaya bilməzsən” Hekayəni daha yaxşı gözündə canlandırmaq istəyənlər üçün məlumat:Altı nömrəli palata tammetrajlı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1994-cü ildə ekranlaşdırılmışdır.
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870,3bin okunma
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.