Otomatik Portakal uzun zaman öncə oxumaq üçün seçdiyim, amma hələ ilk səhifələrdə məni olduqca sarsıdan bir kitab. Anlamışdım ki bu kitabı oxumaq üçün hələ hazır deyiləm…
İndi isə artıq kitabı bitirmişəm və haqqında öz düşüncələrimi bölüşmək istərdim. Mövzu və ya spoilerli/spoilersiz bilgilər yazmaq əvəzinə(belə məlumatlara ulaşmaq olduqca asandır deyə düşünürəm) kitabın məndə yaratdığı duyğu və fikirləri bölüşüb, illər sonra bu yazını oxuduqda mənə həmin hissləri yaşatmasını istəyiəm…
İlk əvvə yazarın qələmi ilə ilk tanışlığım oldu və olduqca bəyəndim- argonlarla dolu tərzi olsun, baş antiqəhrəmanımızı tez tez oxuyucuya “Kardeşlerimm” deyə səslənişi olsun- bunları çox bəyəndim.
Amma kitab boyu bir birini izləyən olayların heç biri üzümdə gülümsəməyə səbəb olmadı, üzüntü, Alex kimi insanların var olduğunu düşünməyimin səbəb olduğu xəyal qırıqlığı, ürəkbulanma və.s
Pis biri olmaq bir seçimdir, yoxsa insanın əlində olmadan bir məcburiyyətdir mi? “Seçme hakkına sahip olmayan kişi kişiliğini yitirmiş demektir.”…
Seçim şansı əlindən alınan Alex,
Otomatikləşdirilmiş Alex.
Düşündüm ki, Anthony Burgess in dövrü üçün cəmiyyətə təhqir və alçaltma salıyan buna bənzər elmi metodlar gələcəkdə çox rahatlıqla insanlar üzərində tədbiq ediləcək. Cəmiyyəti təmizləmək üçün mü, yoxsa canlı robota çevirmək üçün mü billmirəm…
Otomatik PortakalAnthony Burgess · Türkiye İş Bankası Kültür Yayınları · 2024112,9bin okunma
·
1 +1'leme
·
91 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.