Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Elə bil bir ümidəm Qəlbinin səsində... Döyündükcə ürəyin Xatırla məni öz nəfəsində... Ya da buludlardan süzülən Bir son bahar günəşi… Toxunan saçlarına… Xatırla məni, Gözünə düşən, Barmaqlarına vurğun tellərində… Yağmur tək düşəndə göydən quşlar Xatırla məni… O quşların son nidası kimi… Bir yanda can verir torpağa yağmur… O yanda quşlar ölümü alqışlar… Xatırla məni, Hər quş ölümünə ağlayan buludla, Yas tutan yağışla… Ya da son görüşə əl çalanda buludlar öz gurultusu ilə… Xatırla məni qəlbinin uşaqca qorxusu ilə... Gələr bir gün yaddaşında Susub gizlənmiş xatirəm dilə... Onun o sevgi diliylə Xatırla məni
Tural Sahab
Tural Sahab
·
1 artı 1'leme
·
165 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.