Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

96 syf.
6/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kiçik bir film
Kitabın həcmi çox kiçik idi. Məndəki nəşrin hekayə olan hissəsi 88 səhifə həcmindəydi.. Və bu 88 səhifədən ancaq iki ya üç sitatlıq cümlə çıxarmağım mümkün oldu. Təbii ki, kitabda paylaşacağımız cümlələr mütləq çox olmalıdır deyə bir qayda da yoxdur. Ümumilikdə altı xal verməyimdə səbəb nəsr dilinin çox axıcı olmağı və hekayəni oxuduqca baş verən hadisələrin məni fərqli şəkildə fərqli situasiyaları düşünməyə vadar etməsi oldu. Dərin bir ideya yoxdur məncə. Analizimdən bu nəticələr çıxdı: 1. Elm səhv əllərdə ölümcül ola bilir. 2. Duyğularımızı nə lazım olandan aşağı dərəcə də, nə də həddindən artıq yüksək səviyyədə yaşamaq düzgün deyil. Çünki duyğusuz və reaksiyasız biri olmaq yaşamadığın və sıxıldığın bir həyat deməkdir. Şiddətli hisslərlə yaşamaq isə hər şeyin alt-üst olması və ifratlaşması deməkdir. Bu ideyalar da çox kəskin şəkildə büruzə verilməyib. Çünki yazıçımız ömrünü elmi-fantastikaya ( sevdiyim janrdı ) həsr etmiş biridir və hiss olunur ki, dərin ideyalı bir kitab yerinə oxuyucuya mütaliə zamanı sıxılmayacağı fərqli bir hekayə vermək məqsədində olub. Məncə bacarıb. Hətta daha uzun və təəccübləndirici hissələr də ola bilərdi. Sonda bir bəyəndiyim hissəni də qeyd edim. Tanışlıqdan 1-2 ay sonra evlənənləri bir-iki cümlə ilə qınayıb yazıçımız. Bu fikri təqdir etdim.
Doktor Ox'un Deneyi
Doktor Ox'un Deneyi
Jules Verne
Jules Verne
Doktor Ox'un Deneyi
Doktor Ox'un DeneyiJules Verne · Parodi Yayınları · 201919bin okunma
··
3 artı 1'leme
·
1.069 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
Menim fikrimle razisan yeni)
Nəimi okurunun profil resmi
Bəli bəli😄
Şevval okurunun profil resmi
Yorumunuzu çok beğendimmmm 💐💖
Nəimi okurunun profil resmi
Teşekkür ederim🌸🙏
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.