Gönderi

7/10
·136 syf.··
2024 33. kitabı
·
23 saatte okudu
·
Okunma: 29 Mart 2024 11:27
"6 Nömrəli palata" Çexovun ən vahiməli,sarsıdıcı hekayələrindən biridir.Ağıllı,dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşətamiz bir gerçəklikdir. Təqibolunma maniyasından əziyyət çəkən Qromov dəlixanaya düşməyi ilə barışmır,ondan qat-qat aşağı insanların bayırda əl-qolunu sallaya-sallaya gəzməsinə,özününsə palatada çürüməsinə daxilən dözə bilmir.Doktor Yefimiç isə xoşbəxtliyin xaricdə yox,insanın daxilində olduğunu deyir; fərqi yoxdur,insan istər palatada olsun,istər evində,əgər o,dərrakəli insandırsa,deməli,xoşbəxtdir. Yefimiç öz düşüncəsi üzündən get-gedə tənhalaşırdı.Cəmiyyətin kəmağıl,mənfəətpərəst olması onu mənən incidirdi; o yalnız palatada Qromovla söhbət edərkən rahatlaşırdı.Əslində,Çexov cəmiyyətin iç üzünü açaraq absurd və müdhiş bir reallığı- dəlixanadakıların,əslində,ağıllı,cəmiyyətdəki bir çox agıllı insanın isə küt,hissiyyatsız olduğunu-çatdırır. 6 Nömrəli Palata Anton Çehov
1000Kitap
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,2bin okunma
·
89 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.