Gönderi

Mərhəmət duyğusu səndə yoxdursa Tutduğun orucun nə mənası var ? Süfrəndə yoxsula yerin yoxdursa Bir ay ac qalmağın nə mənası var ? Tərəzin çəkidə əyri çəkirsə Dilin zəhər kimi qəlb incidirsə Əlin rüşvət alıb-rüşvət verirsə Qıldığın namazın nə mənası var ? Yalandan and içib alver edənlər Arvaddan xəbərsiz əyri gedənlər Haqsızdan pul alıb haqlı edənlər O həccə getməyin nə manası var ? Haram pullarıyla villa tikənlər Yetimin haqqını bölüb yeyənlər Şər atıb birini bədbəxt edənlər Öləndə yasinin nə mənası var ? Namaz da-oruc da asandı qardaş Vicdanlı olmaqsa çətindi qardaş Əsil insan olmaq lazımdı qardaş Əməlsiz Quranın nə mənası var ?
··
1.739 görüntüleme
Bu yorum görüntülenemiyor
Nadya okurunun profil resmi
Ən sevdiyin şeirlərdəndir,birinin qiymət verməsi sevindirir👍🏻
Fatima Mhrremova ✿ okurunun profil resmi
Hər şey yaxşı idi,azəridən başqa 🤦🏻‍♀️
Məhəmməd okurunun profil resmi
Xırda şeyləri özünüzə dərd etməyin…
4 sonraki yanıtı göster
Aytən Hacıyeva okurunun profil resmi
Mən digər şeiri də çox bəyəndim: ‘Sənə gülüm demərəm, gül qoxlanıb atılır, sənə şəkərim demərəm, acı çaya qatılır, sənə Kərkük deyərəm, sənə Talafar deyərəm, sənə Qəzza deyərəm, kölgəsində yatılır.’
Məhəmməd okurunun profil resmi
Gözəldir 🍃
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.