Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

64 syf.
10/10 puan verdi
·
Beğendi
Məncə hər bir kəs 1 dəfə belə olsa Polyanna adını eşidib. Çoxları bunun bir əsər olduğunu bilsə də, bəziləri təəssüf ki, sadəcə eşitməklə kifayətlənirlər. Polyanna uşaq yaşlarında valideynlərini itirdikdən sonra xalası ilə yaşamağa başlayan kiçik və sevimli bir qızdır. Həyatında baş verən bütün çətinliklərə baxmayaraq Polyannanın hər zaman xoşbəxt olmaq üçün bir səbəbi var. O artıq bunu etməyi özü üçün bir oyuna çevirib. Və atası ilə birlikdə bu oyunu "Xoşbəxtlik oyunu" adlandırıb. Beləliklə, Polyanna xalasının ciddi qayda-qanunlarına, sərt xasiyyətinə, ona qarşı olan davranışlarına qarşı təmkinli olmağı bacarır. Zaman keçdikcə isə o nəinki xalasının hətta yaşadığı yerdə hamının sevimlisinə çevrilir. Öz xoşbəxtliyini ətrafa da saçır. Kitab hər yaşda oxunula bilər deyə düşünürəm çünki sadəcə uşaqların deyil böyüklərin də Polyannadan öyrənməli olduğu çox şey var. Ən əsası da "kiçik şeylərlə xoşbəxt olmağı bacarmaq" kimi. Bəzən biz ətrafımızdakı xoşbəxtlikləri gözdən qaçırırıq çünki hər şeyin daha çoxunu, daha mükəmməlini istəyirik həmişə. Lakin həyatda hər şey mükəmməl deyil. Ínsanlar da hər zaman mükəmməl ola bilməz. Buna görə də ilk əvvəl sahib olduqlarımıza şükür etməyi və xoşbəxtliyin əslində bizim içimizdə olduğunu unutmamalıyıq... Təxminən 2 gün əvvəl çox gözəl bir gün keçirdim. Əslində heç bir xüsusi hadisə baş verməmişdi. Sadəcə həmin gün özümü həqiqətən də Polyanna kimi hiss edirdim. Elə həmin gün Polyanna haqqında incələmə yazmaq istəyirdim amma yadımdan çıxıb... Bu qədər. Hər birinizə xoşbəxtliyi görə bildiyiniz günlər arzu edirəm. Çünki o daim bizimlədir
Polyanna
PolyannaEleanor H. Porter · Timaş Yayınevi · 19979,2bin okunma
·
88 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.