·180 syf.··Beğendi
···Okunma: 02 Nisan 2024 19:47 Kitabı Qanun nəşriyyatının endirimləri zamanı cəmi 1 manata almışam. Məni ən çox adı və üz qabığındakı şəkil cəlb etmişdi. Yaxşı ki, əldə etmişəm.
Əsərdə macar şəhəri Keçkemetə bələdiyyə sədrinin seçilməsi və sədrin şəhəri talançılardan qoruma cəhdləri, bu yolda Osmanlı sultanından ənam kimi kürk almağı, daha sonra onun və Keçkemetin başına gələnlər təsvir edilir. Maraqlı, bəzi hissələrdə əyləncəli, bəzi hissələrdə isə düşündürücü kitab idi.