Gönderi

336 syf.
·
Puan vermedi
Söhbət sevgidən gedirsə, necə birisiniz? Tamamilə ağlı və məntiqi ilə hərəkət edən ya duyğularını tanıyıb və onlara inanaraq addım atan? Və ya hər ikisini balansda saxlamağı bacarırsınız? Jane Austinin "Düşüncə və hissiyat" kitabında bir-birini çox sevən və həmişə dəstək olan iki bacının başına gələn hadisələr əks olunub. Bacıların hər ikisi aydın zəka, sağlam düşüncə və yüksək mədəniyyətə sahib, ağlını kitablarla tərbiyə edən, əxlaqlı, insanlarla münasibətdə düzgün davranış qaydalarına əməl edən, zövqü ilə seçilən, incəsənətə, musiqiyə, rəqsə, oxuyub öyrənməyə aşiq insandır. Fərqləri isə bacılardan biri ağlına üstünlük verən, hər hansı addım atarkən yüz ölçüb, bir biçən, duyğularını, peşmanlıqlarını, düşüncələrini hətta, kədərini içində yaşayan, digəri isə, tamamilə emosional, insanın həyatda sadəcə bir dəfə aşiq ola biləcəyinə inanacaq dərəcədə romantik, digərlərinin fikirlərini önəmsəmədən öz fikirlərini açıq-açıq dilə gətirən biridir. Bir evdə böyüyən və eyni dünyagörüşünə malik olan bu iki bacının xarakterlərindəki bu ciddi fərqlilik onların başına gələn sevgi əhvalatlarına təsirində özünü biruzə verir. Bəs görəsən hansı sevgidə uğur qazanır? Kitabı oxuyarkən iki məqam çox diqqətimi çəkdi və məni düşündürdü. Birincisi kitabda olan hadisələr 1800-cü illərdə İngiltərədə baş verir amma yazılanların günümüzdə də olan münasibətlərə və düşüncələrə uyğunluğu çox təəccüblüdür. Bəlkə də, İngiltərədə mədəniyyət öz yüksək nöqtəsinə çatmışdır və orada hal-hazırda kitabda qeyd edilən fikirlər artıq öz əhəmiyyətini itirmişdir. Amma özümüz haqqında bunu deyə bilmərəm. Bəlkə də, biz iki yüz il geridən gəlirik. Kim bilir? İkinci məqam isə kitabda əsas olan iki obrazdan əlavə çox fərqli xarakterlər də yazılıb. Burda maraqlı olan odur ki, həmin xarakterlər hal-hazırda bizim də həyatımızda olan insanlardır. Mən hər birini tanıdıqca öz ətrafımda olan insanları xüsusilə də, qadınları bu xarakterlərdə tapdım. Etiraz etdiyim sadəcə o oldu ki, yazıçı hekayənin ən həyəcanlı və maraqlı yerini oxuyucuların təxəyyülünə buraxmışdı ama mən bir oxucu olaraq onun yazmasını istərdim. Düşüncə və duyğularla bağlı nələrinsə fərqində olmaq istəyirsinizsə bu kitaba bir şans verin və yazımın əvvəlində də qeyd etdiyim sualı cavablandırın. Söhbət sevgidən gedirsə, siz necə bir insansınız?
Düşüncə və Hissiyyat
Düşüncə və HissiyyatJane Austen · Qanun Nəşriyyatı · 20196,5bin okunma
·
74 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.