Gönderi

272 syf.
·
Not rated
·
Read in 226 days
Əsər Antuan Rokantenin gündəlikləri şəklində yazılıb. Antuan dənizə daş atarkən daşın mövcudluğunu sorğulamağa başlayır və bu onda ürəkbulanma yaradır. Əsərin kulluminasiyasını bu hissə təşkiı edir. Gündəlik şəklində yazıldığı üçün bəzən kənardakı adamları təsvir etməsi qəribə təsir edə bilər. Özünün də qeyd etdiyi kimi gündəlik yazandan gərək ətrafa 4 gözlə baxasan. Bu bəlkə də onun ürəkbulanmasını daha da artırdı. Əsərdə ən sevdiyim nüanslardan biri humanistlərlə mizantropların müqayisəsi idi. Antuan deyir ki, humanistin də hansısa ölçüdə mizantrop olması lazımdır. Mizantropiya ilə bağlı əlavə araşdırma edərək. Kantın fikirlərini oxudum. Kant mizantropiyanı 2 yerə böldü( mənfi və müsbət) Kanta görə mənfi mizantropiyanın yaranma səbəbi bizim yaşadığımız mənfi təcrübələrin bizdə yaratdığı duyğuların nəticəsidir. O, müsbət mizantropları isə aktiv bəşəriyyət düşməni adlandırdı. Antuan ilə avtodidakt arasında gedən bu dialoq əsərin ən maraqlı hissəsi oldu. Antuan sanki mizantrop idi ,oturduğu kafedəki sevgililərinin hisslərini alçaldırdı. Amma mizantrop olduğunu demədi və əlavə etdi ki, ,, İnsanları sevmək mümkün olmadığı kimi,onlara nifrət etmək də mümkün deyil.Antuanın yaşadığı o ürəkbulanmanı, mövcudluq sorğulamasını insan iliklərinə qədər hiss edir. Anni ilə illər sonra olan görüşməsində də Antuanın insanlara ,münasibətlərə qarşı ötəri baxışı hiss olunur. Bu qədər mövcudluğu sorğulayan biri necə belə ola bilər deyə düşünülsə də bu mövcudluğun gətirdiyi yorğunluq idi sanki. Əsər boyunca Sartre ilə Camusu fikirləri arasındakı fərqləri də duymaq olur. Xüsusən absurdluq və incəsənət haqqında. Sartre Camusdan fərqli olaraq absurd sözünün ağlına belə zorla gəldiyini ifadə edir və absurdluğu mövcud şəraitə əsasən əlaqəndirib. Bir dəlinin nitqinin yaşadığı cəmiyyətə əsasın absurd olsa da , onun şüursuzluqdan doğan sayıqlamaları ilə münasibətdə absurd deyildir .Sartre Camusun əksinə olaraq insanların incəsənətdə təsəlli tapmasını ağıllı hesab edir. Antuan öz mövcudluğunu duymadığı üçün sanki kitab yazaraq markez de Rolbon obrazını yaratmışdı, onu diriltməsi öz mövcudluğunu diriltmək idi bəlkə də. Kitabları kimsə üçün yazmadığımı hətta tək bir adaya düşsə belə kitab yazacağını vurğulamasını Satrenin özünün Nobel mükafatını rədd etməsinə bənzətdim. Antuan Sarterenin prototipi idi ,məncə. Antuan yaşadıqları da bir zaman özünü Dekart hiss etməsinin gətirdiyi xəyal qırıqlığı idi.Əsərdə Dekart izlərinə də rast gəldim.
Ürəkbulanma
ÜrəkbulanmaJean-Paul Sartre · Qanun Nəşriyyatı · 201922.8k okunma
·
88 views
Nurlana İsmayılova okurunun profil resmi
Sözün yaxşı (ya da elə pis) mənasında bu kitabın təsirindən xilas ola bilmirəm.
Nazryn Aelita okurunun profil resmi
Mən də həmçinin 1 ay olacaq bitirmiş indi yazmaq istədim təsiri necə qalıbsa
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.