Gönderi

Şah əsər
10/10
·1552 syf.··
Beğendi
·
2024 3. kitabı
·
6 günde okudu
·
Okunma: 06 Nisan 2024 11:04
Möhtəşəm bir kitab, bu kitaba və özümə bir söz verirəm: növbəti 5 il ərzində, düşüncələrim daha da olgunlaşanda, həyata indikindən də daha dərin baxdığım zaman yenidən oxuyacam kitabı, hətta indi görmədiyim bəzi məqamları o zaman kəşf edəcəyimi bilirəm... Qisas sözünə yeni bir anlamını gətirməyi bacaran bir kitab. Sizi məhv edən insanlara barmağınızın ucu ilə vurmadan həyatlarını məhv etmək... Düşünün ki, həyatınızın ən gözəl çağıdır, çox sevdiyiniz və evlənmək üzrə olduğunuz bir qadın var, bacarıqlı olduğunuz işdə çox gənc yaşında yüksək rütbə əldə edirsiniz, lakin sizi gözü götürməyən bir neçə insan üzündən 14 il həbs yatırsınız, geri qayıdanda isə heç nəyiniz qalmayıb, sevgiliniz başqa biri ilə evlidir (sizə tələ quranlardan biri ilə), atanız yoxsulluq içində, aclıq səbəbilə ölür... Beləcə, Edmon Dantesin, yəni Qraf Monte Kristonun ağlasığmaz, qarmaşıq, qanlı və dəhşətli planı başlayır.
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202537,1bin okunma
·
834 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Dümadan heç ne oxumamişam çox diqqetimi çekdi şerhiniz oxu siyahima bu kitabı aldım.
Əli Məmmədov
Gönderi Sahibi
Tövsiyəm, "3 muşketyor" kitabını oxumanızdır ilk olaraq, bu kitaba görə daha nazikdir və süjeti də qarmaşıq deyil, həmçinin hədsiz axıcıdır. Ümumən, Düma çox axıcı yazır, müqayisə üçün deyim: 1 səhifə Dostoyevski = 10 səhifə Düma oxumaq :) Xoş mütaliələr :)