Gönderi

220 syf.
10/10 puan verdi
·
Liked
dəniz
Az getdik, çox getdik, dərə-təpə düz getdik, nəhayət ki, altıncı kitabımızı da çapa göndərdik. Ürəyim çox böyük fərəh hissi ilə döyünür! İlk 5 kitabda çəkdiyimiz zəhməti təkcə bu kitab üçün çəkdik, yəqin ki. Bu cür kitabı dilimizə qazandıran nəşriyyat olduğumuz üçün çox sevinirəm. Bir neçə səbəbi var: John Banville İrlandiya ədəbiyyatının yaşayan əfsanəsidir. Dəfələrlə "Nobel" mükafatını qazanmağa çox yaxınlaşıb, yaşadıqca da o şans böyüməyə davam edəcək. İngilis dilində yazan yazıçılar arasında dilin estetik tərəfinə üstünlük verən, cümlələrini diqqətlə seçən çox az saylı yazıçılardandır, əsl ustaddır. "The Man Booker" mükafatını 2005-ci ildə qazanıb elə bu kitabla, 2011-ci ildə "Kafka" mükafatını layiq görülüb. Əlqərəz, Banville qocaman və möhtəşəm yazıçıdır. Hər cümləsində bu cür gözəllik olan kitabı, müəllifi ancaq Azərbaycan dilini dərindən bilən tərcüməçiyə etibar etmək olardı, Anvar Ahmadi o qədər gözəl iş ortaya qoydu ki, oxuduqca bu kitabın orijinal dilinin də Azərbaycan dili olduğunu düşünür insan. Kitabı 4 dildə oxudum: ingilis, alman, türk və Azərbaycan dili. Tam səmimiyyətlə deyirəm ki, orijinalı və Azərbaycan dilindəki halı eyni dərəcədə estetik və mükəmməldirlər. Mən Anar müəllimdən çox şey öyrəndim, Azərbaycan dilini daha da sevdim. Ümidvaram ki, daha çox kitab onun vasitəsilə dilimizə qazandırılacaq. Hər abzasında ayrı gözəllik var, elə bir təhkiyə hissəsi yoxdur ki, altını xətləmək istəyəcəyim cümlə olmasın. Ümidvaram ki, oxucular da mənim sevdiyim qədər bəyənəcəklər kitabı. Əlimizdən gələnin ən yaxşısını etmək istəmişik. Əminəm ki, zamanla daha da yaxşısını etməyi bacaracağıq. Hamınıza nuş olsun!
Dəniz
DənizJohn Banville · Nebula Publishing House · 2055145 okunma
·
2 plus 1
·
243 views
Samirə Abbasova okurunun profil resmi
Uğurlarınız davamlı, yolunuz açıq olsun hər zaman, hocam. Əməyinizə bu qədər güvəndikcə oxucunuz da sizə gözüyumulu əmanət edir bütün yaşayacağı duyğularını və zamanını. Seçiminizə, zəhmətinizə sağlıq🌿
Hamid Babayev okurunun profil resmi
❤️❤️❤️❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.