Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Nərmin Kamal: Mövludun arabası 16 Mart 2017
Mövludun lap gənc vaxtlarında gecələr şəhərə çıxıb gəzməyi vardı. Ya tək, ya kiminləsə, bəzən üç və daha çox dostuyla. Elə gecə saat 2 radələrində çıxardılar, səhər hava işıqlanana qədər gəzərdilər. Gecənin bir aləmi qəfil zəng edərdilər bir ərkləri çatan dosta: "Həmid, Vişnevski mazını kim ixtira edib?" Sonra gündüzlər öz gecə zənglərindən danışar, nə qədər gülərdi. O nə gözəl illər idi. Bir gecə Mövlud yenə bir neçə yazıçı, şair dostuyla gəzirmiş binaların arasında. Yarımçıq tikililərin birinin həyətində bir köhnə araba görürlər, üçtəkər araba. Elə-belə, bu arabanı da sürə-sürə özləriylə aparırlar. Bunlar gedir, araba dınqıldaya-dınqıldaya gedir, bunlar gedir, araba gedir.. Birdən deyirlər, əşi bu arabanı neynirik özümüzə yük eləmişik, həvəsdi, bəsdi. Harda bezirlərsə, orada da atırlar arabanı, yollarına davam edirlər. Bir az aralanandan sonra Mövlud dönüb arabaya baxır, qayıdıb qucaqlayır arabanı, başlayır hönkürməyə. Bu arabanı öz yerindən o qədər uzaqlaşdırıblar ki, yiyəsi onu tapmaz. Bundan sonrakı taleyi necə olacaq arabanın?! Arabaya niyə belə pislik etdilər?! Mövluddan başqa bu dünyada kim arabanın taleyinə ağlaya bilərdi?! Onda bizim heç birimizdə olmayan belə bir duyum vardı. Faciəni uzaq məsafədən duyurdu, həmçinin şənliyi də. Özü də o duyumun fərqində idi, o duyumu ədəbiyyat eşqi yolunda sərf etmək istəyirdi, yazacam deyirdi. Heç bilmirəm yazmaq eşqindən necə əl çəkə bildi. Gənc, məsum, istedadlı bir yazıçımızı itirmişik. Onda hədsiz ədəbiyyat eşqi vardı. 15-16 yaşlarından ədəbi mühitdə tanınırdı. 17-18 yaşları olanda, ali məktəbə hazırlaşdığı vaxt onunla bir hazırlıq kursuna gedən, bu yaraşıqlı gəncə maraq göstərən qızların haqqında "Nazim Hikməti tanımır, neynirəm onu" deyib özündən uzaqlaşdırırdı. Ədəbiyyatı o qədər sevirdi.
·
2 artı 1'leme
·
300 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.