Gönderi

Altıncı hiss
Bağışlama gedəni, çünki ən böyük haqqı nahaqla dəyişmisən. Səni kitab edəni sənə xitab edənə nə haqla dəyişmisən? Təkliyə öyrəşmirəm, təsəlli verirəm ki, yar atmış ola bilməz. Sən ayrısan, mən ayrı, ikimizi bir Tanrı yaratmış ola bilməz. Sən ki gündüz getmisən, məcburam ki, gündüzə gecə deyim, əzizim. Səni alana baxıb "səni verənə şükür" necə deyim, əzizim? Bu sevda nə sevdadır, əvəzimə kor olub məni yenə görməzlər. Saçın ucun da hörsəm, gülü sulu da dərsəm, səni mənə verməzlər. Altıncı hissim susub, saat beşdə gedən qız, dörd fəsildir itmisən. Üç illik məhəbbəti iki gündə unudub bir dəfəlik getmisən...
El Roman
El Roman
·
133 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.