"Bəyaz gecələr"
7/10
·112 syf.··
2024 21. kitabı
·
8 saatte okudu
·
Okunma: 10 Nisan 2024 22:29
Fyodor Dostoyevski "Bəyaz gecələr"i sadədil bir insanın nakam məhəbbətindən bəhs edir.İnsan təkdir,gücsüzdür,lakin sevgi onu bircə anda elə dəyişə bilər ki,gəl görəsən... "Bəyaz gecələr" sevginin gücü,sonsuzluğu,umacaqsızlığı barədə yazılmış ən yaxşı melodramdır- su kimi axıcı,üzücü və romantikdir.Ruhunuzun ən gizlin yerlərində qoruyub saxladığınız süxurları titrədə biləcək və gözlərinizi yaşardacaq bir simfoniyadır. Öz şəhərinizin,kəndinizin,küçənizin sehirli gecələri yadınızdamı? Gecələri ülvi,saf duyğularınızın çulğalaşmasından sonra yaşadığınız peşmançılıq,uğursuzluğun acı təəssüratları,gündüzləri sizi üzdümü? Bundan sonra toparlanacağınıza,daha güclü,daha yaxşı olacağınıza söz verdinizmi? "Bəyaz gecələr"in qəhramanı bax beləcə həssas,qəribə və romantikdir,lakin nakam sevgi onu daha da gücləndirə,yeni həyata sövq edə bilir.Bu qəhraman məcnunsayağı ölməyi yox,yaşamağı,yaratmağı,lakin heç vaxt unutmamağı seçir.
1000 Kitap
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 2023102,3bin okunma
·
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.