Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Əlini ƏIinin özündən soruş Özünü tapmasan sözündən soruş Əli bir bulaqdır çağlayar coşar Bulağın saflığın gözündən soruş! O Allah nurunun cilvəsindədir Sədası “Quran”ın şivəsindədir Ədalət bir uca dağ misalıdır Əli o dağların zirvəsindədir! Zülmət gecələrdə nurlu mah idi, Əli yer üzündə yadullah idi, Bu nə mərtəbədir, bu nə rütbədir? Ləpiri dəyən yer qədəmgah idi! Əlini qiyməti qiymətindədir Qolunun qüdrəti qeyrətindədir Sənin xidmətivə ehtiyacı yox Əlinin mələklər xidmətindədir! Onda ki dünyada Əli var idi Dünyanın özünə iftixar idi Əli fəth eylədi kəhkəşanları Göyün yollarından xəbərdar idi! Əli ölməyibdir Əli zindədir Əlini sevənlər sadiq bəndədir Seyyidə o dini təlim eylə ki, Ağası mövlası həmən dindədir! Seyid Nurəddin Darafərin
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.