Gönderi

Hər şey gözəldir..
🦋🩵 Hər şey gözəldir həyatda.. Sən bu gözəlliyi anlaya, duya bilsən, Hər şey gözəldir həyatda.. Özün bir zərrə gözəllik Yarada bilsən... Arzuda inam, inamda şübhə qorxusu Ümiddə səadət, səadətdə onu itirmək qorxusu Nə qədərdir, nə qədərdir, nə qədərdir... Bir dəfə yaşayırıq bu işıqlı dünyada, Bürünüb bir vücuda, Milyon-milyon yollara, Talelərə, adlara, Tuşlayıb ümidləri, Hərəmiz bir hədəfə, Bir dəfə yaşayırıq, Hərəmiz bircə dəfə. Eləsini sevək ki, Bu sevgi ömrümüzü, Nurlandırsın, isitsin, qışda, baharda da, Yağışlı gündüzlərdə, Zülmətli gecələrdə, Mavi axşamlarda, bəyaz şaxtalarda...
Arif Abdullazadə
Arif Abdullazadə
·
1 artı 1'leme
·
147 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.