9/10
·508 syf.··
Beğendi
·
2024 7. kitabı
·
436 günde okudu
·
Okunma: 14 Nisan 2024 16:38
Düzdür biraz gec bitirdim bu kitabı. Mövzusu və hekayəsi ağır-ağır davam edirdi. Bu kitab özündə “Tarix, sevgi, mərhəmət, intiqam, haqsızlıq və daha bir çox şeyi” cəmləşdirib. Bir film kimi davam edən kitabdır. Eyni adlı filmini də izləyə bilərsiniz. Çox yazmaq istəmirəm spoiler kimi olacaq yazacaqlarım da. Carton və Charles biri-birinə çox bənzəyir. Madam Defarge intiqamı üçün hər şeyi edir. Doktor Manette Sirli bir keçmişə sahib. Mr. Lorry bu hekayədə ən saf obrazlardan. Luice, Cartonun aşiq olduğu, Charlesin yoldaşı, Doktorun qızı. Hekayə ağrılı acılı, yarı şən, yarı hüzn davam edir. Sonda Carton öz canını fəda edir Charlesin yerinə ölümə gedir. Bunu ustaca, mənalı bir şəkildə edir. Kitabı daha yaxşı anlamaq üçün filmini də izləyə bilərsiniz. Oxuyanda daha yaxşı təsəvvür yaranar.
İki Şehrin HikâyesiCharles Dickens · Türkiye İş Bankası Kültür Yayınları · 202376,6bin okunma
·
299 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Shamo Sahib
Gönderi Sahibi
Fidan Məmmədli Kitabı oxuyanların sayı artır