Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Böyümüş əllər, kiçik qalan dəyərlər
Yenə masa başında oturmuş məktub yazır o 18 yaşlı qızcığaz. Məktub atasınadı. Məktubu bitirib poçta verəcək. Anasıyla yaşayırdı. Anası atasından gördüyü şiddət üzündən evdən kiçik qızını da götürüb çıxmışdı. Bilmirdi o zamanlar niyə getdiklərini. Axı necə bilsin? Hələ beş yaşında, balaca əlli, gözəl qəhvəyi gözlü, qara saçlı, nur simalı bir uşaq idi. Axı necə bilsin ki, atası əclafın yekəsi idi? Getdikləri gün atası ona mandolina* almışdı. Çox sevirdi simli musiqi alətlərində ifa etməyi. Ümumiyyətlə, musiqini sevirdi. Kitablara, musiqiyə, çalğı çalmağa vurğun idi. Elə böyüdükcə də musiqi təhsili almağa qərar verdi. Qəbul oldu, hətta birinciliklə. Oxuduğu müddətdə konservatoriyada ən yaxşı oxuyan o idi. Amma.... Amma bir problem vardı. Belə ki, o, violonçeli* olmadığından dərslərdən geri qalırdı. Maraqlanmışdı, qiyməti çox baha idi. Təkcə anasının dərzilik edərək qazandığı pulla ala bilməzdi. Qərara aldı ki, o gözəl səsindən istifadə etsin. İlk gün, səhnədə o 1 dəqiqləik çıxışında onu o qədər çox bəyəndilər ki... Get-gedə məşhurlaşdı. Bütün ölkədə şöhrəti yayılmağa başladı, səsi və gözəlliyi bütün ölkədə səs saldı. Əlbəttə, belə yerdə hər təmizə ad çıxarmasalar, qiyamət qopar. Bütün adına yayılan yaxşı sözlərlə yanaşı ona "əxlaqsız" damğası qoyulmasa, olmaz. Məhz məktəbdən də bu işinə görə çıxarılmışdı. Çünki qanun var, "ya oxumalısan, ya da səhnə almalısan, seç birini" İşdən qayıdırdı. Bu gün elə bir performans göstərmişdi ki, bütün dinləyənlər ayaqüstə onu alqışlamışdılar. Məşhurlaşsa da, hələ də köhnə kiçik evlərində yaşayırdılar. Anası da həmişə onla gəldiyindən onun yanındaydı yenə. Qapıya çatdıqda təəccübləndi. Atası. 13 ildən sonra. Qapıda dayanmışdı, gözləyirdi. Qaçıb qucaqlamaq istəyirdi, anası ondan qabaq tərpəndi: -Nəyə gəlmisən? -Eşitdim ki, burda qızımı səhnəyə çıxartmısan. Biabır olmuşam kənddə. Boynumu əymisəm mənim. Gəlmişəm ki, qızımı aparım. -Nə? Qızını? Hansı qızını? İndiyə kimi maraqlanmısanmı onunla? Nə yeyir, nə içir, harda qalır? Biz bu evdə qışda otaqlarımızı nəfəsimizlə qızdıranda niyə qızın yadına düşmürdü? Rədd ol, gözüm görməsin. -Mən bilərəm onu. Onu çox axtarmışam, heç yerdən tapmamışam. -Tapmamısan? -Yox. -Dayan burda, dayan. Ana evə girir, qız atasıyla çöldə qalır. Qız atasına baxır və fikirləşir ki, yaman dəyişib: -Dəyişmişsən, çox dəyişmişsən. Cavab yoxdu. Ana gəlir, əlində bir topa kağız. Qız onların nə olduğunu baxsa da, seçə bilmir. Anası əsəblə o topaları atasının üzünə səpəndə anlayır onların nə olduğunu. İnana bilmir əvvəl, amma necə inanmasın? Məktublar. Atasına yazdığı məktublar. Poçtdan geri qaytarılmış məktublar. Götürülməmişdi. Bircəciyinə belə baxmamışdı atası. Sən demə, anası gizlədibmiş qızından o üzülməsin deyə. Ata anaya baxıb heç bir kəlmə də demədən çıxıb getdi. Qızsa olduğu yerdə donub qalır. Məktublara baxır, ağlamağı dolub. Birdən hərəkətə gəlir, qaçaraq evə daxil olur, girir otağına atasının illər əvvəl ona verdiyi mandolinanı divarlara vurub məhv eləməyə çalışır. Anası hər nə qədər mane olmaq istəsə də, alınmır. Bir neçə dəqiqə sonra yerdə bir sınıq mandolina, divarda bir neçə iz, göz yaşları, aldanma hissinin verdiyi ağrı, bir də yox olmuş bir qız qalır. Ayağa qalxır. İlk öncə əllərinə baxır. Bunu bir də evdən çıxanda etmişdi. Balacaydılar onlar o vaxtı. Kiçik, mandolinanın üzərində rəqs edən əllər. Aonra güzgünün qarşısında özünə baxdı. O qəhvəyi gözlər, o gülən gözlər indi yaşla doluydu. Onlarda illərin kədəri, buruqluğu, həsrəti, yaşanmış sevgilərdən qalan ayrılıqların izləri vardı. Hə, saçları. O uzun saçları da qalmamışdı, öz əlləri ilə kəsmişdi o saçlarını. İndi necə də böyümüşdü, o balaca 5 yaşlı qızcığaz. İndi 18 yaşlı böyük qadına baxırdı. Güzgü yavaş-yavaş yox olur, otaq qaranlıqlaşır, hər şey silinir. Yuxudan qan-tər içində oyanır. Yenə bu lənət yuxu. O gün ona o qədər təsir etmişdi ki, hələ də yuxusuna girirdi. Qalxdı, su içdi. Birdən əllərinə baxdı. Böyümüş, ancaq dərslərdə istifadə edə bildiyi violonçeldə kədərli notaları ifa edən əllərinə... Mandolina - dörd qoşa metal simli italyan musiqi aləti. Kobudca desək, gitaraya oxşayır. Violonçel - yaylı ailəsindən dört simli musiqi aləti. Yenə kobudca bir ifadəylə, skripkanın böyük bir forması deyə bilərik
·
81 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.