Gönderi

·
Not rated
Biz azadlıq tərəfdarıyıq, amma bu, tərəfdarı olduğumuz azadlıq adlanan məfhumun sərhədsiz olması anlamına gəlmir. Sərhədsiz azadlıq böyük fəlakətlərə yol aça bilər, sonra bunun yol açdığı dağıntıları heç cür bərpa etmək olmaz. Bir fərdin azadlığı digərinin azadlığının əhatəsinə daxil olmamalı, hər hansı şəkildə onu məhdudlaşdırmamalıdır. Məşhur filosofların birinin gətirdiyi misal buna ən gözəl örnəkdir. Məhkəmədə qonşusunun ağız-burnunu əzişdirmiş cinayətkarın işinə baxılır. Cinayətkar deyir ki, mən azad vətəndaşam və öz yumruğumu istədiyim istiqamətdə hərəkət etdirə bilərəm. Hakim isə "sizin yumruğunuzun sərbəst hərəkəti qonşunuzun burnunun təbii vəziyyəti ilə məhdudlaşır" deyə cavab verir. Əlqərəz, azadlıq barədə tarix boyu çox danışılıb, biz də az yazmamışıq.. Əvvəllər, antik dövrdə bazar meydanlarında onlara qulaq asan xalqa bu barədə söz açan mütəfəkkirlərin orta əsrlərdə yaşayan davamçıları cadugər və bidətçi olaraq damğalanıb tonqalda yandırılırdı. Lakin inqilablar ərəfəsində bu hərəkat genişləndi, dinc və mədəni şəkildə davam edən bu maarifçi hərəkatın ideyalarını 19-cu əsrdə Con Stüart Mill adlı filosof daha coşqun və daha radikal tərzdə dilə gətirdi. Onun yazdığı "Azadlıq haqqında" əsəri hazırda da müasir despotların ən qorxulu kabusu, azadlıq uğrunda döyüşənlərin isə müqəddəs kitabıdır. Həmin kitabdan ən önəmli bəzi hissələri seçib sizinlə paylaşmaq qərarına gəldik. Amma, əlbəttə, bu sizin həmin kitabı oxumağınızın vacibliyini azaltmır, əksinə, daha vacib və əhəmiyyətli olduğunu göstərir: ︎Baxa bilməyəcəyi, qarnını doyura və təhsil verə bilməyəcəyi uşağı dünyaya gətirənlər həm bu şanssız körpəyə, həm də cəmiyyətə qarşı cinayət törətmiş olurlar ︎Tarix zülm tərəfindən susdurulmuş həqiqət nümunələri ilə doludur. Həqiqət sonsuza qədər yox edilə bilməz, amma əsrlərlə geri atıla bilər. ︎İnsanların əksəriyyəti azadlığa gücdən daha az hörmət edir. Küçədə polis nəfərləri görərkən hörmət və ehtiram dolu baxışlarını onlara zilləyən insanlar azad şəkildə öz həyatını yaşayanlara min cür ad qoşub alçaldır. ︎İnsanlar o qədər dözümsüz varlıqlardırlar ki, dünyanın heç bir yerində başqasının inancını və fərqliliyini asanlıqla qəbul edə bilmirlər.
On Liberty
On LibertyJohn Stuart Mill · Gece Kitaplığı · 2017684 okunma
22 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.