Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Bulqakovun iblisi ilə Hötenin iblisi bir-birindən mahiyyət etibarı ilə elə də fərqlənmir. Hətta bir az yaxından misal çəkəsi olsaq Hüseyn Cavidin iblisi də. İblis insanları cəzalandırmır, heç cəzalandıra da bilməz. İnsana onun kim olduğunu göstərir, insanı bir növ ifşa edir. Hər şeyin insanın öz əlində olduğunu göstərir.. Aha.. bu.. Hər şeyin insanın öz əlində olduğunu.. Necə ki, İeşua Qa-Norsi edam öncəsi ona "həyatın bir ipdən asılıdır" deyən prokurator Ponti Pilata söyləmişdi: "Razılaş ki, o ipi yalnız onu asan kəsə bilər.." Tək romantik yazıçılar öz obrazları vasitəsi ilə bi fikri çatdırmamışdılar, eləcə də Dostoyevski "iplə intihar edə bilərsən, yelləncək də qura bilərsən. Həyatın ipləri sənin əlindədir" fikri ilə bir növ bu deyilənləri təsdiq etmişdi.. Necə ki, sağalmaq arzusunda olmayan xəstəyə heç bir həkim yardım edə bilməz. Yunan mütəfəkkiri Platon deyir ki, müalicə heç vaxt yarımçıq aparılmamalıdır. Ruhu sağaltmadan bədəni sağaltmaq mümkün deyil. (Burda fəlsəfi anlamda qeyd edir, mən isə bunu öz dediyimlə əlaqələndirirəm. Ruhu sağaltmaq onun həqiqətən düzələ biləcəyinə, bu vəziyyətdən çıxa biləcəyinə inandırmaqdır) İstər psixoloji, istər fiziki xəstəlik olsun, ya da heç xəstəlik olmasın. Fiziki və ya psixoloji yük və ya ağrı olsun. İnsan əgər onlardan xilas olmaq istəmirsə bunu heç bir müalicə ilə apara bilməz... Axı hər şey insanın öz əlindədir... Hər şey insan üçündür, kədər, qəzəb, sevgi, mərhəmət, nifrət.. hamısı. Bunların heç biri insana yad deyil. Hər biri bizdə mövcuddur, sadəcə onlar anidən gələndə müəyyən dəyişikliklərə səbəb olur. Bu dəyişiklikləri də biz zamanla regenerasiya edə bilirik. Həm mənəvi, həm də fiziki olaraq, amma bunu etmək üçün əvvəlcə istəməliyik. Bir hadisəyə, məsələn yaxın qohumumuzun, tanışımızın ölümünə kədərlənib bunu bütün həyatımız boyu problem olaraq saxlamaq yerinə həqiqətləri qəbul edib o insanı xatirələrdə yaşatmalıyıq.Yoxsa sağala bilmərik.Hər problem bizi yavaş-yavaş içdən yeyər. Həyatın ipləri sənin əlindədir... Və hər şey səndən asılıdır..
Usta ve Margarita
Usta ve MargaritaMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 20207,1bin okunma
33 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.