Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
İncəsənət və reallıq... Utopiyanın həzzverici möhtəşəmliyi və gerçəkliyin əzabverici eybəcərliyi... və əxlaq – heç şübhəsiz, bunlar həyat adlı böyük rəsm əsərinin elementləri, biz isə bu rəsm əsərində yer alan personajlarıq. Reallıqla yaşadığımızı söyləsək də, absurd yalanlara özümüzü inandırırıq. Məsələn, bizə elə gəlir ki, keçmiş arxada qalıb və gələcək tam şəkildə ondan təcrid olunub. Amma keçmişin hər zaman bizimlə yanaşı addımladığı həqiqətini unuduruq. Biz nə qədər böyük axtarış içində olsaq da, nə qədər ora-bura çəkib çevirsək də, sonda yenə də hər şeyin başladığı nöqtəyə qayıdırıq. Və gördüyümüz hər bir nəsnə, ətrafdakı hər şey, hətta gələcəyimiz belə keçmişə bağlıdır.. Bəşər övladı unutqandır, eləcə də çox təzadlı varlıqdır. "Master və Marqarita"nın Volandının ona qoyduğu diaqnoz "Dorian Qreyin portreti"ndə bir növ isbat edilir. Bəli, biz hər zaman günah əməllərə, cinayətlərə, qadağan olunmuş nəsnələrə meyil etmişik. Bu baxımdan bəşəriyyətin günahkarlıq tarixi çox-çox qədimlərə söykənir. İlk günahdan bu günə qədər neçə min illər keçib. Hər birimiz reallıq axarında üzürük, hər birimiz ondan asılıyıq və ona uyğun dəyişirik də.. Mənəvi-etik seçimlərimizi isə məsuliyyət hissimiz müəyyən edir. Kim gerçəkliyi utopiya ilə əvəzləyirsə, o təbii ki, ümumbəşəri dəyərlərə də tüpürəcək. Hər birimiz Dorian Qreyik. Və bizim, şübhəsiz ki, hər birimizin hardasa, gözdən iraq, heç kəsə bəlli olmayan tamam gizli bir guşədə gizlətdiyimiz portretimiz var. Hər dəfə də öz vicdanımıza tüpürdükcə o portret bir az da eybəcərləşir... Həmin portretdəki bizik... Bizim ruhumuzdur.. Hər nə qədər Lord Henri kimi düşüncə adamları vicdanı qorxaqlıqla eyniləşdirsə də, onun əhəmiyyətini dan'sa da, vicdan ruhun güzgüsüdür... Və istənilən insan yaradıcılığı onun zorakı instinktlərinin cəm halında təzahürüdür. Bu "zorakı instinktlər" bəzilərində güzgü effekti verir, bəzilərində isə tamamən əksi. Əsas qarşıdurma da bundan sonra başlayır.. olduqca amansız və kəskin qarşıdurma... praeteritum və in posterum. 2022
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Altun Kitab · 073,3bin okunma
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.