Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Yalançı demokratlar və balaca diktatorlar: həqiqət nədir? "Gözəgörünməz əl" metaforadır. "Gözəgörünməz əl" daxildə, hətta belə demək mümkünsə, vətəndaş cəmiyyətində və hakimiyyət strukturunda yer alan daxili düşmənlərdir. Xarici düşməndən daha təhlükəli, daha yırtıcı və tamahkar olan daxili düşmən üçün müqəddəs, dəyərli heç nə yoxdur. Onlar üçün ən ali məqsəd total idarəetməni bərqərar etmək, "qərb demokratiyası" adı altında hər cür ağlagəlməz əxlaqsızlığa əl atmaq və bütün dəyərləri yerlə bir etməkdir. Epperson "Heç nə təsadüfən baş vermir. Əgər nəsə baş veribsə, deməli, belə də düşünülüb" fikrini ön tutaraq konkret fakt və sənədlərlə tarixdəki bütün inqilabları, hakimiyyət dəyişikliklərini, əhəmiyyətli hadisələri bir gücün yaratdığını və nəzarət etdiyini isbat edir. Həmin gücün hər yerə sızmağı bacarmış sui-qəsdçilər olduğunu söyləyən Epperson konspriologiyadan yayınaraq bu fövqəlqüdrətin çox böyük miqdarda pulları olan bank şəbəkələri olduğu faktını ortaya qoyur. Həmin bank şəbəkələri özünün yeni dünya nizamı yaratmaq uğrunda planlarını gerçəkləşdirmək üçün müharibələr, inqilablar, böhranlar ortaya çıxarsa da, məqsədinə nail olmaq üçün daha təsirli üsula yol atır. Bunun üçün insan kütlələrinin narazılığını alovlandırmaq, onları yeni qanunlar və idarəetmə tələb etməyə sövq etmək lazım idi. Bütün bunların təməli isə çox əvvəllər, hələ 1776-cı ilin 1 mayında Adam Veyshauptun əsasını qoyduğu İlluminat təşkilatı ilə qoyulmuşdu. Hələ də qeyd edilən Əmək Gününün 1 may tarixində keçirilməsi yəqin ki, təsadüf deyil. Yeni Dünya nizamının önündə bir neçə əngəl vardı: Tanrı, millətçilik və ailə institutu. Sui-qəsdçilər məqsədlərinə çatmaq üçün bu 3 strukturu yerli-dibli məhv etməli, insanları bu düşüncələrdən uzaqlaşdırmalı, hətta iyrəndirməli idilər. Sui-qəsdçilərin planı kimi ortaya çıxan kommunizm ideyası hər üç anlayışa eyni anda hücum çəkirdi. Bu, şedevr plan idi.. Nə qədər paradoksal səslənsə də, kommunizmin uğurlu olması və dünya üzərində tam hakimiyyəti ələ keçirməsi üçün bütün banklar güclərini səfərbər etmişdilər. SSRİ-yə edilmiş gizli ticari və hərbi yardımlardan bəhs edən Epperson bu yardımların qaynaqlarını bir-bir sadalayır. İnsanların anti-kommunist qüvvə olduğuna inandırıldığı ABŞ hökumətinin Kuba inqilabına gizli dəstəyi, Vyetnam müharibəsindəki məqsədli məğlubiyyəti, ll Dünya Müharibəsi ərəfəsində Nasional Sosialist Almaniyasına hərbi yardımları barədə söz açan Epperson sui-qəsdin bütün planlarını ortaya qoyur. Lakin sui-qəsd dünya hökümətini hələ ki, qura bilməyib. Bunun üçün önündəki əngəllər hələ də durmaqdadır; o nə ailəni, nə millətçiliyi, nə də Tanrını məhv etdi. Lakin məğlub olmayıb, çünki planını gerçəkləşdirmək yolunda dayanmadan çalışır. Dövlət daxilindəki və xaricindəki klanların "qərb demokratiyası" pərdəsi altında etmək istədiyi şey mənəvi dəyərləri məhv etmək, sərhədləri yox edib dünya xalqları üzərində total idarəetməni bərqərar etməkdir. Bu planın həyata keçməsi bizim azadlığımızın sonu olacaq. Odur ki, bu saxta demokratiya aşiqlərinə qarşı bütün gücümüzü səfərbər etməli, hər sahədə onlara qarşı savaşmalıyıq... 2023
The Unseen Hand
The Unseen HandA. Ralph Epperson · Publius Press Publishing · 20069 okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.