Gönderi

·
Puan vermedi
Leviafan əslində metafordur, Tövratda adı çəkilən dəniz əjdahasıdır. Məşhur ingilis filosofu və siyasi nəzəriyyəçisi Tomas Hobs öz yazdığı əsərə bu adı qoymaqla dövləti Leviafana bənzədib. Əslində, biz bu bənzətməni kifayət qədər uğurlu alındığını deyə bilərik. Çünki bənzətmə öz üzərinə qoyulmuş vəzifəni layiqincə yerinə yetirib. Hobsa görə bəşəriyyət 2 mərhələdən keçib: Cəmiyyətə qədərki dövr (təbiət vəziyyəti), yəni hamının hamıya qarşı mübarizə apardığı dövr və Cəmiyyət dövrü. İnsanlar cəmiyyətə qədərki dövrdə təbiətdə istədikləri kimi azad bir şəkildə yaşayırdı. Bu dövrdə hüquq (dövlət) yox idi. İnsanlar azad idilər, azad iradəyə sahib idilər. İnsanlar bir-birinə inanmırdılar və gücə sahib olmaq istəyi ilə mənfəət duyğusu cəmiyyətə qədərki dövrdə insan həyatının məqsədi idi. Hobbsa görə cəmiyyətə qədərki dövrdə hüquq olmadığına görə, haqsızlıq da yox idi və hər şey təbiətin qanunlarına uyğun olaraq davam edirdi. Və ən əsası: Həyatda qalmaq üçün güclü zəifi məhv edirdi. İnsan həyatı qısa və yalnız idi.. Lakin ağıl insanı bu vəziyyətdən qurtulmağı əmr etdi. İnsana sülh və özünü qorumaq lazım idi. Hüquq ağlın məntiqi nəticəsi olduğuna görə yeni yaradılan qurum olan dövlət hüquq vasitəsilə bunları insanlar üçün təmin etməli idi. Hobbsa görə insanlar ictimai (sosial) müqavilə bağlayaraq daha çox yaşamaq və sülh içində yaşamaq üçün sahib olduqları azadlıqların bir hissəsindən dövlətin xeyrinə vaz keçdilər. İnsanlar sosiallaşdılar. Sosiallaşma azadlığın itirilməsinin nəticəsində ortaya çıxdı. Və dövlət yarandı... Dövlət necə bir quruluş idi? Hüququ nə dərəcədə təmin edirdi? İnsan kimi eqoist, azğın idi mi? Bu suallara Hobbs "Leviafan"ı ilə cavab verir... 2022
Leviathan
LeviathanThomas Hobbes · Yapı Kredi Yayınları · 2020953 okunma
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.