Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Diktaturaların qorxduğu iki əsas şey: ədəbiyyat və musiqi. İstər musiqidə, istərsə də ədəbiyyatda edilmiş istənilən yeniliyi despot quruluş özünə təhlükə olaraq görür. Ya atacağı addımları bu yeniliyə süni şəkildə uyğunlaşdırır, ya da bu yeniliyin səsini bir yolla batırmağa çalışır. Sözümün canı nədədir? Keçən yay Bulqakov qələmi ilə tanış olmuşdum. Əlbəttə, əsərləri barədə təriflər qulağıma çatırdı, bununla belə daha çox təkan verən bir neçə əsərinin uzun müddət Sovetlər ittifaqında qadağan edilməsi idi. Qadağan olunmuş əsərlər maraqlı olur. Ümumən bizim təbiətimiz hər zaman qadağan olunmuş nəsnələrə maraq göstərib)) Ratişşevin "Peterburqdan Moskvaya səyahət"i də qadağan olunmuş əsər idi, amma nə yalan deyim, sevməmişdim, çox darıxdırıcı dildə yazılmışdı. Nəysə, seçmə əsərlərini əldə etdim, "Master və Marqarita"dan başladım. Bu barədə yazmışam, üstündə durmayacam. "İt ürəyi" povestini yaxınlarda oxudum. Yazıldığı gündən 60 il sonraya, Sovet quruluşu dağılana az qalmış, yumşalmalar dövrünə qədər Rusiyada oxunması qadağan edilmiş əsər əlbəttə maraq çəkməyə bilmir. Çalışacam spoyler verməyim. Danışdığım hissələr kitabı oxumağınıza mane olmayacaq... əsər daim döyülən, təhqir olunan, yoldan keçənlərin nifrətlə və kinlə üzünə tüpürdükləri, hətta bu azmış kimi qaynar su ilə yandırıb yaralı vəziyyətə saldıqları kimsəsiz itin günlərin birində təsadüfən rastlaşdığı dünya şöhrətli professor tərəfindən əməliyyat edilərək insana çevrilməsindən bəhs edir.. İt cismən insana çevrilir, beyni də insan beyni ilə əvəz edilir. Amma ürəyi it ürəyi olaraq qalır. Tragikomediya da bununla başlayır. Təcrübə əks nəticələr verir. İt insana çevrilib insana xas bütün xüsusiyyətləri özündə göstərir, paxıllıq, kin, nifrət, pozğunluq, yalan, ağalıq, hökmranlıq etmək sevdası... Bununla əslində ən təhlükəli və murdar heyvanın elə insan olduğu göstərilir. Yazıçı əsər boyu istər həkimin, istər professorun, istərsə də itin dilindən mövcud quruluşa müxtəlif mesajlar ötürür. Çox maraqlı paradoks: "Bizim ölkənin bədbəxtliyi ondadır ki, dərman qəbul etməli olan adamlar qanun qəbul edir.." deyən və sosialist avtoritarizmə qarşı çıxan professorun cismində elə bu hökumətin özü canlandırılmışdı... 2022
Köpek Kalbi
Köpek KalbiMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 201919bin okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.