Gönderi

Diqqət!
Xüsusən son aylarda camiədə ara qarışıb, məzhəb itib. Qəribə vakuum şəraiti mövcuddur. Kafkanın "Qəsr"indəki kimi, böyük qeyri-müəyyənlik içində yaşayırıq. Birimiz oğurlanır, başına nə gətirilir, aqibəti necə olur, uzun müddət xəbər tuta bilmirik. Belə bir şəraitdə ölkədəki sosial-iqtisadi və siyasi problemləri özündə əks etdirməklə məhkəmə sistemi, hüquq-mühafizə orqanları, ümumi götürdükdə hazırkı idarəçilik və insan haqları pozuntularının həyat hadisələrinin bədii təsviri vasitəsi ilə tənqidini ehtiva edən kitabımı axır ki, çap etdirmək istəyirəm. "Kitabı niyə yazmısan?", "Biz sənin kitabını niyə oxumalıyıq?" və s. kimi suallara cavabım konkretdir: "Yüz il sonra azad dünyanın insanları bunu oxuyub bizim nə çəkdiyimizi, nələr yaşadığımızı hiss etsinlər deyə yazmışam. Hazırkı vəziyyətdə bundan daha artığını etmək imkanımız xaricindədirsə, heç olmasa, əlimizdəki resurslarla bir ovuc fərdin gözünü həqiqətlərə açmalıyıq. Bilmirəm nə qədər, amma təsiri mütləq ki olacaq, hətta cüzi də olsa, olacaq." Kitabın çapı an məsələsidir. Sadəcə əlimdə bunun üçün yetərli məbləğdə pul yoxdur. Odur ki, onun özü özünü maliyyələşdirməsinin daha məqsədəuyğun olduğunu düşünürəm. Son bir il ərzində etdiyim müşahidələr, blogdakı oxunma sayı, reaksiyalar və mesajlarınız mənə deməyə əsas verir ki, kitab yüz tirajla çıxsa, bir neçə günə satılıb qurtaracaq. Amma yenə deyirəm, kitabı tələb sayına uyğun çıxaracağıq. Əlavə otuz kitabı da öz cibimdən həll edəcəyəm. Kim almaq istəyirsə, mənə inboxdan yazsın, başlayaq...
·
42 views
fidan okurunun profil resmi
Uğurlar🙏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.