Gönderi

·
Puan vermedi
Heyranam bir Gülə, heyran ona cənnət bağı, Hurilər də ola bilməz atılan dırnağı... Üzün gülür,gülər üzlüm,üzündə güllər açıb, Gözün gülür,qara gözlüm,gözündə güllər açıb. Dizin-dizin,könül,ol vadeyi məhəbbətdə, Sürünmüsən o qədər ki,dizində güllər açıb! Gözünü qırpmadan sənçün öləni, Sən göz qırpımında atıb gedərsən Səni qəlb taxtında Yusif biləni Sən qul bazarında satıb gedərsən. Bir qərib şam işığı, bir həzin hicran otağı Sənlə birlikdə keçən günlərə daldım sənsiz *** Ayrılıq bağçalarından sarı güllər dərdim, Sarı güllər kimi həsrətdə saraldım sənsiz.. Səni bir də sevmək üçün təzədən cavan olaydım, Qara tüstüdən çıxaydım, dönüb ağ duman olaydım. *** Cana can verəydin, ey can, canımız gələydi canə, Canı canan istəyəndə can içində can olaydım. Apardı bir qərib xəyal, Yaman məni uzaqlara. Yadımda ən şirin qalan, O günlərə, o çağlara. Fani dünya kimi dünyadakılar fani imiş, Nə könül sirdaşı varmış, nə də dərd ortağı.
Qərib Xəyal
Qərib XəyalVüqar Biləcəri · Parlaq imzalar · 068 okunma
·
122 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.