Gönderi

413 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 14 days
“Kendimiz yine kendimize karşı zafer kazandık.”
İllər əvvəl bu möhtəşəm əsəri məktəb vaxtı qısa variantını dərslikdən oxumuşdum. O vaxtlar da çox bəyənmişdim. Və özümə söz vermişdim ki, bir gün tam halını oxuyacam. Həqiqətən də
Cengiz Aytmatov
Cengiz Aytmatov
u ayaqda alqışlayıram. Sadəcə möhtəşəm. Əsərin mövzusuna keçməzdən əvvəl, bu dahi yazıçının çox kiçik həyat hekayəsindən danışmaq istəyirəm. Aytmatov həm qırğız, həm də rus dilində yazıb oxumağı bildiyindən 14 yaşında kənddə maliyyə işlərinə baxırdı. Həmçinin məktəbdə rus dilində müəllimlik edərək dərs belə verirdi. Aytmatovun atası repressiya qurbanı olmuşdur. Millətçilik bəhanəsilə atasını güllələmişdilər. Aytmatov atası ilə 9 yaşında bir qatar stansiyasında vidalaşmışdı. Atası çox qəşəng müəllim və dövlət xadimi idi. Xalq arasında sevilən şəxs idi. Bəlkə də ona görə əsərin bir hissəsində Aytmatov bu cümləni işlədirdi. “En işe yaramaz ama hayatta olan bir baba, en ünlü ama ölmüş bir babadan bin kere daha iyidir.” Gələk romanımıza, əsər Aytmatovun atası ilə son vidalaşdığı yer olan qatar stansiyasında başlayır. Əsərin başlanğıcında görürük ki, Qazanqap adlı bir kişi vəfat edib. Və bir əsrə bərabər olan günümüz başlayır. Qazanqapın bir istəyi vardı, o da Ana-Beyit qəbirstanlığına dəfn edilmək. Baş qəhrəmanımız olan Yedigey, Qazanqapın ən yaxın dostudur. Və onun bu istəyini yerinə gətirmək istəyir. Qazanqapın oğlu olan Sabitcan şəhərdən atasının halının pisləşdiyini eşidib, gəlmişdir. Sabitcan atasının səyləri sayəsində oxumuş, savadlı, dövlətə işləyən bir gəncdir. Amma bu gənc öz adətlərini, keçmişini unutmuş bir manqurtdur. “Bir ölüyü oraya ya da şuraya gömmüşsün ne farkeder?” Cahil kəndlilərin yanında ağzını yummur, özünü şir kimi göstərib, elə hey danışıb, özünü və vəzifəsini göstərir. İş dövlətin adamlarıyla danışığa gələndə isə susur, çaqqaldan fərqlənmir. Sabitcan öz istəyilə manqurt olmuşdur. Əsərdə birdə Qırğızıstan hekayəsi mövcuddur. Juan-juanların etdiyi qətliamdan danışılır. Əsir düşən gəncləri manqurtlaşdıraraq, öz keçmişlərini unutdururdular. “Tutsakların yaşayan anılarını elinden almak usulünü bulmakla, insanlığa karşı en korkunç cinayeti işlemiş oldular.” Əsərin başlanğıcında iki əsas obraz mənfi idi. Sonunda isə sadəcə biri mənfi olaraq qalır. Aytmatov bununla da göstərmiş olurki, istəyən hər kəs dəyişə bilər. Əsərdə birdə Abutalip Kuttubayev obrazını görürük. Bu obraz mənim gözümdə baş obrazdır. Aytmatov bu obraz sayəsində SSRİ-nin əsas üzünü göstərir. Bu obraz da Aytmatovun atası kimi xain adlandırılaraq güllələnmişdir. Yedigey illər sonra dostu Abutalipin uşaqları üçün ona bəraət qazandırır. Biz burda görürük ki, Aytmatovda bu əsərlə bir növ atasına bəraət qazandırmışdır. Əsərdə qeyri-mümkün bir eşq hekayəsidə mövcuddur. Xülasə, bu əsərdə, məncə, əsasən, biz manqurtluğun toxumlarını görürük. Əsərdən uzun-uzun saatlarla, səhifələrlə yazıb, danışa bilərəm. Əsər ölmədən əvvəl oxunacaqlar listində olmalıdır. Bu əsəri məncə hər kəs anlayaraq, oxumalıdır. “Kendimiz yine kendimize karşı zafer kazandık.”
Gün Olur Asra Bedel
Gün Olur Asra BedelCengiz Aytmatov · Ötüken Neşriyat · 202145.7k okunma
·
56 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.