Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

416 syf.
10/10 puan verdi
·
Beğendi
·
36 saatte okudu
Bir qadının kədərli və təsirli taleyi...
Bu kitab haqqında çox təriflər eşidirdim hər yerdə qarşıma çıxırdı. Məndə oxumağı qərara aldım. İlk dəfə oxuduqda başlanğıcına görə bəyənməmişdim yarıda saxlamışdım sonra yenidən davam edib bitirməyi düşündüm. Yaxşı ki yenidən şans verib oxudum ən çox bəyəndiyim kitablar sırasına daxil oldu. İlk öncə başlanğıcını oxuduqda düşünmüşdüm ki təkcə qadınlara xitab edən kitabdır müəllifin fikirləri qərəzli ola bilər lakin oxuyandan sonra fikrimdə yanıldığımı gördüm çünki kitab qadın taleyindən bəhs edib daha çox qadınlara xitab etsə də, hamının oxuyub dərs almalı olduğu bir kitabdır. Bu kitabı oxumaq bizə qadınları daha yaxşı anlamağa kömək edə bilər. Həmçinin kitabda yaxın şərq ölkələri və digər qadın hüquqlarının az olduğu, qadınların sıxışdırılıb azyaşlı olarkən istəmədiyi şəxslərlə evləndirilməyə, kişilər tərəfindən basqıya məruz qalındığı ölkələrin ümumi mənzərəsini görmək mümkündür. Kitaba gəldikdə isə kitabın avtobiaqrafik olub real həyatdan götürülməsi onu daha təsirli və maraqlı edib. İndiyə qədər 26 xarici dilə çevrilib. İtalyan dilinə tərcümə olunan versiyası Covanni Bokkaçço mükafatı alıb. Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin bu əsəri İranda 2 dəfə qadağan olunmuşdur. “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur. Əsərin baş obrazı olan Məsuməni bəyəndiyimi xüsusilə qeyd etmək istərdim. Mən bütün xanımların həyatları nə qədər çətin olsa da Məsumə kimi öz ideyalarına, sevgisinə, həyat yoldaşına, uşaqlarına və inancına sadiq qalıb, başqa fikirlərin və yanlış ideyaların təsirinə düşməməsini çox istərdim. Qadınların şərqdə və qərbdə olan durumu haqqında fikrimə gəldikdə isə məncə şərqdə qadınları çox incidib haqsızlıqlar edilsə də qərbdə də qadınların durumunu tam ideal saymaq olmaz çünki qərbdə də qadından reklam marka kimi istifadə olunur bədəni digər vasitələrlə ön plana çıxarılır ailə dəyərlərinə önəm verilmir ona görə mən qadınlara münasibətdə nə şərqin nə də qərbin fikirləri ilə razılaşmıram. Mənim fikrimcə bəlkə də dünyanın pis duruma düşməsində ən çox günah biz kişilərin üzərinə düşür. Məncə biz xanımlara dəyər verməliyik, ailədə fikirlərini aşağılamamlı onları anlamağa çalışmalıyıq təbii ki dediyim müasirliyi yanlış anlayıb qadınların adına ləkə gətirən bəzi dırnaqarası xanımlara aid deyil. Kitabı hamıya tövsiyə edirəm. Oxuyub təsirlənməmək mümkün deyil. Xoş mütaliələr.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20231,537 okunma
·
3 artı 1'leme
·
278 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.