Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

... Səni unutmalıydım, Özümü bağışlamalıydım. Çünki, başqa yolum yoxuydu- Və yenidən başlamalıydım - Bu dəfə, sənsiz... ...Sahmana salmalıydım, Duyğularımı, saçımı-saqqalımı, Bir sözlə hər şeyimi - Və əminliklə addımlamalıydım Hədəfə - sənsiz... . ..Səni unutmalıydım, Dava yox, davam etməliydim, Bitirməliydim - həyatımı deyil, Aramızdakı münasibətləri... ...Mən də gözəl bilirdim, sən də Bilməyən yoxuydu əslində Nə olursa-olsun önləməliydim Başımıza gələcək müsibətləri... ... Səni unutmalıydım, Unutmalıydın sən də... Göy uçub, yer yarılmayacaqdı?! Çətini qərar vermək, sonra da - Yelləməkdi - əlləri havada... ...Bütün hallarda Şükür Tanrıya - tələf olmadıq Əksinə təlafi etdik - səhvləri! İndi dadını çıxarırıq ömrün- Sən ayrı, Mən ayrı - yuvada...
··
3 artı 1'leme
·
355 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.