Gönderi

382 syf.
9/10 puan verdi
·
Read in 20 hours
Susan Qadın
İlk əvvəl şəhidimizin ailəsi..Avtobus sürücüsü atası, süpürgəçi anası..Ürəyim orda sızıldadı..Bütün şəhidlərimizin ruhu şad olsun, ailələrinə səbr versin.. Əsmər..Ah Əsmər..Birincisi o mənzərə nədənsə gözümün qabağından getmir.. Eyvaza deyiləcək bir söz yoxdu, o qədər əsəbləşdirdi məni, az qala qışqıra qışqıra söyəcəkdim..O və onunkimilərin bir adı var, çox üzr istəyirəm kişi qəhbəsi..Hə burdakı kişi sözü cinsini bildirmək üçün istifadə olunan sözdü..Lamiyə də elə qardaşının tayıdı..Qönçə Eyvazın cavabını qəşəng vermişdi, Lamiyənin onun haqqında dediyini biləndən sonra, gərək ki əlaqəsini kəsərdi onunla.Bir də kaş Əsmərin üstünə daha çox düşə biləydi..Və Əsmər kaş biraz daha iradəli ola bilsəydi, bir yol mütləq tapılardı da yetərki iradəli olub çıxsaydı,çıxa bilsəydi o evdən..Və Qasımlı..Üzüldüm yaşadıqlarına..Nilufərin elədiyi də məncə doğru deyil..Ola bilər bəlkə əsəbləri pozulub falan ama..Birini unutmaq əşyalarını atmaqla olmur ki, ürəyindən atmaqla olur..Ürəyində olandan sonra əşyası var ya yoxdu fərq eləmir..Olqanın parfumu, paltarı bir də qizi Tahirənin paltarı var idi orda onların xatirələrini saxlayır özü üçün..Məncə bu xəyanət deyil..Qaldıki Olqa ölüb, Qasımlı da ehtirasdan yanıb tutuşmur..Yenə təkcə Olqanin əşyası olsaydı bəlkə hardasa demək olardı.Birgə yoldaşlıq edib,dərdlərini biryerdə çəkib ,ömürlərini başa vura bilərdilər..Nə bilim..Məncə Nilufər Qasımlını oxuyucuları qədər tanımayıb Qasımlının son hərəkəti də bizim sevimli Qasımlımız olduğunu göstərdi,könüllərimizi bir daha fəth etdi. Oh dedirtdi az da olsa rahatladım.. Son olaraq Elatlı intim münasibətləri xırdalığıyla,detalları ilə yazmasa da olar ama nədənsə belə yazmağı çox sevir, ümid edirəm tənqidləri görüb vazkeçər..Yəni Eyvazın yataq macəraları,yataqda nədən zövq aldığı məncə heç kimə maraqlı deyil. Yenə də pis kitab deyil, zənnimcə..Aman aman bişey də gözləməyin..Çərəzlik niyyətinə birgündə oxudum mən də.
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022294 okunma
·
48 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.