Gönderi

72 syf.
9/10 puan verdi
·
Read in 3 days
Oxumamışlara tövsiyyə edəcəyim balaca həcmli nəhəng məzmunlu povestdir.Bu maraqlı eyni zamanda da təsirli əsər Nikoloy Qoqolun oxuduğum ilk əsəri idi.Fikrimcə,bu kitab mənim üçün mükəmməl başlanğıc oldu.Elə kitabdırki,sanki müəllif bizimlə dostcasına danışır,süjet xəttini təqdim edir.Baş qəhramanımızın başından keçənlər,çoxumuzun həyatda rastlaşdığımız hadisələrin məcmusudur.Akaki Akakiyeviç Başmaçkin Peterburda sənədlərin üzünü köçürərək həyatda qalan yoxsul dövlət məmurudur.Onun ətrafında ona lağ edən, onu xor görən gənc məmurlara çox rast gəlmək olardı.Bu əngəllərə baxmayaraq əlinə işini böyüdüb daha çox pul qazanmaq fürsəti düşsə də o bunu monoton yaşayışına dəyişmir.O bir gün çiynində soyuqluq hiss edərək evə gedir və baxır ki şineli sökülüb .Əslində şinelə yamaq tikdirməklə bir müddət də onunla Peterburqun soyuq dondurucu havasına tab gətirməyi düşünüb dərzi Petroviçə müraciət edir.Dərzi isə yamaq etməyə qol qoymur və bunun mənasız olduğunu deyib onu yeni şinel tikdirməyin daha məsləhətli olduğunu,əks halda isə mümkünsüz olduğunu deyir.Akaki Akakiyeviç bu xəbərə məyus olur.Çünki,o təzə şinel almaq üçün bəzi xərclərini kəskin azaltmalı,bəzilərini isə gözardı etməli idi.Nəhayət 1,2 ay sonra palto hazır olur.Akakiyeviç sabahısı gün təzə paltosuyla iş yerinə daxil olur.Təbiiki onun əynindəki təptəzə şinel məmurlarların gözündən qaçmır və onu yenə ələ salırlar.Axşam rəis köməkçisinin ad gününə dəvət olunur və orada iştirak edir.Axşam içki içdikdən sonra gözləri duman halında səssiz qaranlıq küçə ilə evinə yollanır.Bu zaman birdən başını qaldırır və qarşısında bığlı şəxsi görür.Akakiyeviçin boyu nisbətən balaca idi.Şəxs onun paltosunu əlindən alıb oğurlayır və gözdən itir.Bundan sonra fikrimcə əsas hissə başlayır.İç burxucu hadisələr kölgəsində qalır Akaki Akakiyeviç.Bu süjet xəttində varlı kaslb təbəqənin necə fərqləndiyini,yüksək təbəqədəki insanların aşağı təbəqəli insanları necə alçaltdığını,kasıbların da çarəsizliyini aydın şəkildə bizə göstərir.
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837.2k okunma
·
1 plus 1
·
330 views
Nahid okurunun profil resmi
Məzmunu dolu şəkildə əhatə edən bir incələmə olub. Dostoyevski "Biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq", - demişdi 🌿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.