Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Qış ayları idi, çox gərgin bir iş rejimindən sonra evə dönürdüm. Yoluxucu xəstəliklər və qrip gündəmin mövzusuna çevrilmişdi, kimə baxırdın öskürürdü, asqırırdı. Taksidə qabaqda oturan yaşlı bir kişi qəfildən sükutu pozaraq dedi, “başım elə ağriyir ki, görəsən, yaxında aptek var?”. Kişinin sözü bitməmişdən arxada, sol tərəfimdə oturan qadın tez səsləndi: “Havadandı, Soyuqdəymələr indi çətin olub, evə gedəndə qarqara elə, soyuqdəymənin dermanı qarqaradadı”. Sürücü də sanki sözün açılmasını gözləyirdi, xəstələnən kişini buraxıb güzgüdən arxadakı sərnişin qadının gözəlliyinə baxa-baxa birdən qayıtdı ki, “Kimyəvi dermanlara pul vermə ha... arvad evdə sənə yarpızı dəmləsin, gecələr iç, yat”. Qadın yenə dinc oturmadı, müzakirədə böyük payı olsun deyə, “mən bilirəm, dərdivi, onun dermanı limonlu çaydı , həm vitamin C var, həm də təzyiqi stabil saxliyir, get elə, görəcəksən xeyirini”. Xəstələnən kişi xışıltılı bir öskürəkdən sonra nəfəsini aldı, sürücüyə döndü: “Düz diyirsən, bacı, həkimdi , dermandı faydasız şeydi, elə arvada deyərəm, ot dəmliyər”. Sağ tərəfimdə bir ağsaqqal sərnişin pəncərədən çölə baxırdı, gahdan da telefonunda saatı izləyirdi, taksidəki müzakirəyə heç bir reaksiya vermirdi, eləcə susub, oturmuşdu. Aradan bir az keçdi, yolda bir-bir sərnişinlər düşdülər. Qaldıq mənlə yanımda susaraq oturan ağsaqqal. Ağsaqqala zəng gəldi, telefonu açıb cavab verid: “alo, dedim da sənə, systemin içinə betametazol ampulunu əlavə edin,özüm də yolduyam, gəlirəm xəstəxana”. Ağsaqqal kiməsə telefonda tibbi göstərişlər verirdi. Sən demə, ağsaqqal ən məşhur hospitalının həkimi imiş və bura kimi qrip söhbətinə qatılmayıb, icazə verib ki, özündən daha “peşəkar mütəxəssislər” danışsın. Sürücünün gözləri başına çıxdı, yarı əsəbi tərzdə “hèkim səsivi çıxart daa... bəyaxdan burda nə danışırıq biz,millət qəribə olub gedib də''- dedi. Doktor çox ahəstə və aşağı tonda dedi- “mənə aman verdiz ki? taksi müzakirə yeri deyil, qabaqda saxla düşəcəm, mənim işim-gücüm var”. İçimdə dedim, ay doktor, bizimkilərin hamısı mütəxəssisdir, hamısı ekspertdir, hansı sahədən istəyirsən danışsınlar sənə. Həqiqi zəkalılarımız, istedadlılarımız isə qıraqda qalıb susurlar. Avam kütlənin hər mövzuya uyğun irəli sürəcək düşüncəsi var.
··
1 artı 1'leme
·
366 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.