Gönderi

Dedim, genə durum yazım,,, Özümə bir qəbir qazım..
Neftimizi basdırırlar, Millətə qan qusdururlar, Bir iddəyə qısdırırlar, Qalan qalır acbəsusuz, Cavandısa acdı, quduz. Qırx ildi ki, dustağam mən, Qaralar içrə ağam mən, Deyirsən bəs ki, sağam mən? Bağırmaqdan iş qurtulub, Boğaz-bağırsaq yırtılıb. Biz millətin var harası? Hardan sağalsın yarası? Öz şeytanı, öz barası, Buna deyir: "Qaç çaparı", Ona deyir: "Vur şikarı!". Bir əl silah, bir əl yalın, Biri tünük, bir qalın, Deyir ki, haqqızı alın! Amma hansı kömək ilə? Yemək olur demək ilə? Millət yıxan öz qalası, Sarbaz kimdir? - Öz balası. Öz qanıdır, öz colası, Necə deyim: Çal çatlasın, Qovuq kimi vur patlasın! Böyükbaşlardı təqsirkar, Kiçikbaşda nə təqsir var? Yenə ərteş dura havar. Millətin də işi işdir. Yoxsa dava mərgümüşdür. Millətə varmı faydası? Hər qab sınır öz baydası! Bu şeytanın öz qaydası: "Dədəm mənə kor deyibdi, Hər gələni vur deyibdi". Qorxum budur, oyun ola, Millət yenə qoyun ola. Kimdir bizə boyun ola? Ki, qurdu biz qova bilək, Qurdun şərrin sova bilək. Amma bizim mücahidlər, Hər biri min cana dəyər, Topa, tanka baxar məyər? Qan-qan deyir hayxırması, Acıqlı bir şir balası. Köməkləşən gedir maha, Bizə kömək yoxdur daha, Bizimki qalmış Allaha. Şeytan quluymuş şahımız, Bizim də var Allahımız. Biz bir dərya qan vermişik, Zindanlarda can vermişik, Qırx nəsil qurban vermişik, Şəriətitək insanlar, Təxti kimi pəhləvanlar. Biz etisab etdik tamam. Əliyalın etdik qiyam. Qoyun, gəlir nayib-imam! Cəhad desə, dartılarıq. Qırılsaq da qurtularıq. Başlara sovrulur saman. Gözləri doldurub duman. Ya Əli! Ya imam-zaman, Dada çatın, ki dardayıq, Qurddu, küləkdi, qardayıq. Səsin mənə nəfəs oldu, Qəbir genə qəfəs oldu, Bir balaca həvəs oldu, Dedim, genə durum yazım, Özümə bir qəbir qazım. Hərdən belə səsin gəlsin, Gözümüzün yaşın silsin, Mənim də bir üzüm gülsün. Haçan səni görə billəm? Qol boynuva hörə billəm? Qardaşların gözündən öp, Bəxtiyarın üzündən öp. Səmədin də sözündən öp, Mən də təkəm, sizə qurban, Tək canım hammuza qurban!
Sayfa 56 - Zeka kitab evi/2016/KlassiklerimKitabı okudu
··
310 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.