Gönderi

14-155 arası bir ədəd yazın, şeirlənək.🕊️ (səhifə sayına uyğun olaraq) Sevgi Məktubları
·1 alıntı·
2.684 Gösterim
55 Yorum
Lütfen giriş yapınız.
18 yaziblar ama başqa eded yazmağa elim gelmedi :)
Vəfa Hafiz
Gönderi Sahibi
Bu dünyada asılanlar Ta əzəl başdan asılıb. Alçaqlıqlar ucalıqdan Eniş yoxuşdan asılıb. Təməlimiz fələklərdən, Əməlimiz ələklərdən... Sevdamız daş ürəklərdən, Ürəklər daşdan asılıb. Kimsə bilməz bu nə sirdi, Haq da bir, nahaq da birdi... İşıq zülmətə əsirdi, Barış savaşdan asılıb. Xərabələr dayağından, Zülmlə şər boyağından... Əsarət öz ayağından, Azadlıq başdan asılıb. Dilimdən asılan sözlər Ölüm umur ölümsüzdən... Təsəlli - baharı gözlə... Bahar da qışdan asılıb. Bütün yol gözləyən gözlər Bir damla yaşdan asılıb... Bu da məndən olsun: Üzüləcək yerimmi var? Di çək, üzülüm sap kimi. Götür, oxu ürəyimi Oxunmamış kitab kimi. Bir yolçuyam - izlərində, Bir ömrüm var - sözlərində... Qoru məni, gözlərində Qoruduğun əzab kimi.
Vəfa Hafiz
Gönderi Sahibi
Çox sağ olun. Gözəl şeirdir, bəli.🌿
Vəfa Hafiz
Gönderi Sahibi
Səni də itirdilər günün yol ayrıcında, Məni də unutdular dan yeri ağarmamış. Keçdin eşq körpüsündən barmaqların ucunda Ünvansız sevgilərin mənzilinə varmamış. ..Yenə yol ayrıcında xəzan vurur illəri, Solğun kirpiklərimə payız yuxusu gəlir. Qız, sənin saçlarında yarpaq tökür əllərim, Yorğun barmaqlarımdan yağış qoxusu gəlir...
26🤓
Vəfa Hafiz
Gönderi Sahibi
Uzaq... uzaq bir yol ola Gedəsən sonuna kimi. Bir sevdaya tutulasan İşləyə qanına kimi. Göz yaşların durula kaş, Kirpiyindən qırıla kaş. Ruhun eşqə sarıla kaş, Haqqın divanına kimi.
Vəfa Hafiz
Gönderi Sahibi
Səsim səsində yaşar, Nəfəsim nəfəsində - Bir udum hava kimi Sinənə çək, ud məni. Əgər bir gün dünyanın Düzəni də pozulsa, Bir ömür də verilsə, Bir qismət də yazılsa... Hər ayaq izin üstə Bir məzarım qazılsa, Bir ömür başdaşım ol, Bir ömür unut məni...
Reklam
Vəfa Hafiz
Gönderi Sahibi
Səsim səsində yaşar, Nəfəsim nəfəsində - Bir udum hava kimi Sinənə çək, ud məni. Əgər bir gün dünyanın Düzəni də pozulsa, Bir ömür də verilsə, Bir qismət də yazılsa... Hər ayaq izin üstə Bir məzarım qazılsa, Bir ömür başdaşım ol, Bir ömür unut məni...
44☀️
Vəfa Hafiz
Gönderi Sahibi
🩷🌷
Vəfa Hafiz
Gönderi Sahibi
İslanmadıq bu sevdanın yağışlarında, Buludları buz bağladı baxışlarımdan... Səndən özgə bu dünyada ağlayanım yox Bir ovuc da mənə saxla göz yaşlarından...
Vəfa Hafiz
Gönderi Sahibi
Sən demə, heç yoxmuş həsrətin sonu. Sən elə tənhaydın, mən elə təkdim. Nə çəkdin, nə çəkdim bilirəm bunu - Sən eşqi, mən eşqin şəklini çəkdim.