Səsim səsində yaşar,
Nəfəsim nəfəsində -
Bir udum hava kimi
Sinənə çək, ud məni.
Əgər bir gün dünyanın
Düzəni də pozulsa,
Bir ömür də verilsə,
Bir qismət də yazılsa...
Hər ayaq izin üstə
Bir məzarım qazılsa,
Bir ömür başdaşım ol,
Bir ömür unut məni...