Gönderi

316 syf.
10/10 puan verdi
Spoii var, oxuyun, oxutduruun!!!
Hələdə təsirində olduğum o kitab Filminə baxmışdım . Düzü o qədər də təsirli deyildi. Amma kitabı oxuyarkən Təhminə obrazı ilə aramda görünməz bağ yarandı. Cəmiyyətin qınaq obrazına çevrilmiş Təhminə ,nə etsə bir nöqsan axtarılırdı. Onun bele tənqidlərə məruz qalmasına səbəb , həyatını camaatın sözünə görə yox, öz istədiyi kimi şablonlara, mentaliletə uymadan yaşaması idi.O müasir, gözəl , cazibəli qadın idi . Həmçinin cəmiyyətin qəbul edə bilmədiyi, həzm edə bilmədiyi bir qadın idi. Hər kəsin boğazında ilişib qalan qadın... Bu səbəbdən də, əli çatmayan hər kəs ona əxlaqsız kimi baxırdı. Yanlış davranış kimi onda onu deyə bilərəm ki, ərindən boşanmadan Zaur ilə münasibətinin olması idi. Ama ortada bir evlilik də yox idi. Manaf ilə onun arasındakı münasibət bir məcburiyyət hal almışdı. Sonralar Təhminə öz sevgisi uğruna Manafdan boşanır , bəs Zaur hansı addımı atdı sevgisi üçün ? Ailəsini mi geridə qoydu ? Yox əslində . Məncə Təhminə də bilirdi ki, gec tez Zaur ailəsinin yanına qayıdacaq, Zivər xanımın ona uyğun bildiyi qız ilə də evlənəcək. Onların münasibəti müvəqqəti idi , bunu Təhminə də tez-tez dilə gətirirdi . O Zauru təmənnasız sevdi . Zaura gəlsək , o ziyalı ailənin oğludur. Bu ailə də qəlibləşmiş Azərbaycan ailəsini görə bilərik. Hansı ki öz oğlanlarının bir qadın ilə gəzməsini " gənclik ", qadının isə bu hərəkətin " fahişəlik " adlandırırdılar. Oğlanları normal olaraq hər şeyi edə bilərdi, evlilik çağına gəldikdə isə namuslu bir qız ilə evlənməli idi ki, onların da , oğullarinin da alnı açıq olsun. Əxlaq anlayışının tək qadına aid olması məni o qədər sıxırdı ki, kitabı ortalarında yarım qoymaq istədim . Təhminə Zauru sevirdi, həmdə çox . Ama Zaur Təhminənin və onun sevgisinin dərinliyini anlaya bilmədi.Əsl Təhminəni heç vaxt tanıya bilmədi. Özünə daim sual verirdi , nəyə görə Təhminə məni sevir ? Özünə güvəni o qədər yox idi ki, daim şübhə içində idi , görəsən Təhminə haqqında deyilənlərdə həqiqət payı varmı ? Təhminə ilə olduqda bunları unutsa da, anası Zivər xanımın Təhminə ilə bağlı dedikləri onda daim şübhə hissi yaradırdı və heç vaxt tam Təhminəyə və onun sevgisinə güvənə bilmədi . Təhminəyə , sevgilərinə sahib çıxa bilmədi Zaur... Sevdiyi qadını tanıya bilmədi , onun çəkdiyi əzab əziyyəti görmədi, Təhminənin dediyi kimi , onu satdı. Təhminənin ona xəyanət etdiyini düşünərək Firəngiz ilə evləndi. Düşünmədi ki, bu addımı ilə öz həyatını da , Təhminəni də ,sevgilərini də puç elədi. Mənə təsir edən sonda Təhminənin taleyi üçün duyduğum kədər oldu. Təhminə o beşmərtəbəli bina idi, cəmiyyət onu qınadı daim . Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki... "Təhminə altıncı mərtəbəsin tək Zaura göstərdi , təəssüf ki, Zaur da bunu anlamadı "
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20141,142 okunma
·
193 views
Nərgiz Khuluzadə okurunun profil resmi
Elxan Elatlı kitabları oxuyanlar bilər ki, orda əsas yazıçının çatdırmaq istədiyi ideyalardan biri də Qadınların ən xırda qayğı görəndə nələr edə biləcəyi.Bununla onların gözün açır ki, ehtiyyatlı olun, hər qayğı, xoş söz sevgi deyil
Nərgiz Khuluzadə okurunun profil resmi
Fədakarlıq məsələsinə də gəldikdə Azərbaycan qadınlarının əksəriyyəti saçlarını süpürgə edən olub. Yoldaşı ilə yola gedə bilməyənlər ailəmə yük olaram deyib qayıtmayıb, ya da uşaqlarım təki yaxşı böyüsünlər, atasızlıq görməsinlər deyib ayrılmayıblar. Hələdə bunları edənlər var, həyatını belə fədakarlıqlar edərək məhv edənlər
Nərgiz Khuluzadə okurunun profil resmi
Fədakarlıq məsələsində də gələndə , bele deyim var: Saçını süpürgə etmək Azərbaycan qadınları bunu ediblər, ailə qurandan sonra yoldaşı ilə yola gedə bilməyəndə , ailəmə yük olmayım deyib qayıtmayanlar , uşaqlarım təki yaxşı böyüsün deyib ayrilmayanlar və bu kimi fədakarlıq adı ilə edilən adımlar əslində qadınların özlərinə etdikləri haqsızlıq . Həyat sən özünə necə davranırsansa sənə də elə davranar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.