Gönderi

Real həyatdan, bir sanitarın gündəliyindən ...
Puan vermedi·160 syf.··
2024 9. kitabı
·
18 günde okudu
·
Okunma: 25 Nisan 2024 22:51
Uydurulma olduğunu bildiyim romanları oxuyanda nələrisə düşünmürdüm. Real həyatdan yazılmış bu kitab isə sanitarın hər bir xatirəsini mənim də özümü onun yerinə qoyaraq düşünməyimə , keçirtdiyi hissləri keçirməyimə səbəb oldu. Şanslı idi Fatimə.....çünki gözəl sevilirdi. Şanssız idi çünki kitabdan öyrənəcəkdi necə sevildiyini... Görəsən, oxudumu Fatimə bu kitabı, oxudusa hansı hisslərin ağuşunda itdi.....?! Həqiqəti öyrəndimi, bükük boynu dikləşdimi?! Kitab , sanitarın Fatiməyə olan hissləri ilə başlayıb 44 günlük müharibədə iştirak etməsi və başına gələnləri, yoldaşları ilə olan dialoqlarını, müharibədəki gedişatı yazması ilə davam edir. Sonuna doğru "davam etməyə çalışır". ...... Kitabı oxuyan zaman bir oğlanın gözəl sevməsinə valeh olarkən sonradan geridə dayanmasına ürəyiniz yanacaq..... Oxuduqca bəzən qınayacaq bəzən haqq qazandıracaqsız..... Amma sonluğa doğru boşluğa düşəcəksiniz... Və qalan səhifələr maraqsızlaşaraq sizi dərin suallarla tək qoyacaq. Xoş mütaliələr...♡
İnsan ve Hayat
SanitarDilşad Talıbova · Qanun Nəşriyyatı · 086 okunma
·
293 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Bəli, ata bilərsiz?
Ulkerizm
Gönderi Sahibi
Elə mən də yaza bilmədim. Qutunuz bağlıdır deyəsən
Salam,PDF ya kitabdan oxumusunuz?
Ulkerizm
Gönderi Sahibi
Salam . Pdf oxudum. Isteyirsiz?