Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam, göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə... Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı, Uçdun əllərimdə lələyin qaldı... Nələri itirib, bax nəyim qaldı Nələri, nələri unudam gərək!
Nüsret Kesemenli
Nüsret Kesemenli
·
175 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.