Gönderi

·
Not rated
Kitablar məni təqib edir¿?
Sizə əksər kitabların özünün gəlib məni tapdığı barədə məlumat vermişdim. Bu kitab da istisnalıq təşkil etmədi. Bu incələməmə ilk öncə kitabı hədiyyə edən, adını çəkməyəcəyim şəxsə təşəkkürumü bildirməklə başlamaq istərdim. Təşəkkürlər! Nə qədər müasir dövrdə durğunluq dövrünü yaşadığını düşünsəm də, həqiqətən Azərbaycan ədəbiyyatının mənim üçün nə əvəzi, nə də izahı var. Kitaba gəldikdə isə... Məncə, Leyli və Məcnunu, Fərhad və Şirini, Romeo və Cülyettanı artıq unuda bilərsiniz)) Yeni adı ilə Dilbər və Müşfiq...Daha real, daha axıcı. Niyə real adlandırıram? Çünki, kitab böyük şairin həyat yoldaşı tərəfindən yazılan xatirələrdən ibarətdir. Nə qədər bəzi şeylərin yarımçıq qaldığını və yalnız xoş xatirələrin qələmə alındığını düşünsəm də, bu ikilinin saf sevgisinə şübhə etmirəm. Ən azı əksinə inanmaq istəmirəm deyək. "İneffable" da müasir dövrdə əsl sevginin nə olduğunu bilən insanların sayının azlığından, ən üzücüsünün isə bu insanların bir-birini tapmaq ehtimalında olduğu barədə söhbət açmışam. Fikrimcə, Müşfiq və Dilbər xanım bu ehtimal nəzəriyyəmi alt-üst edən cütlüklərdəndir. Müşviqli günlər kitabında Dilbər və Müşfiqin saf sevgisi və bu sevgidən doğan qarşılıqlı hörmətlə tanış ola bilərsiniz. Amma məsələ bununla da bitmir. Kitab insanı XX əsrin əvvəllərinə səyahətə çıxarır. Şəxsən mən oxuyarkən gözümün önündə köhnə Bakı, kinolarda gördüyüm şəhərin ortası ilə hərəkət edən tramvay və s. canlandı. Həmin dövrü ədəbiyyatımız üçün qızıl dövr adlandırmaq olar. Təsəvvür edirsiniz, hər həftə, hər ay artıq bir dəfə belə olsun baş tutması adət halını almış bağ görüşlərində (qonaqlıqlarda) kimlər iştirak edir? Mikayıl Müşfiq, Səməd Vurğun, Əhməd Cavad, Cəfər Cabbarlı ,Abdulla Şaiq və adını çəkə bilmədiyim daha kimlər...Adamın lap zamanda səyahət edib qonaqlıqların heç olmasa birində belə olsa iştirak etməyi gəlir.)) Uzun sözün qısası, həm qadınlar, həm də kişilər üçün sevginin bu qədər dəyərsizləşdirildiyi, boşanmaların sayının kəskin artdığı bir dövrdə oxunub nələrsə öyrənməli kitabdır.
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
··
2 plus 1
·
1,049 views
Hacızadə15》 okurunun profil resmi
Əhməd Cavad və həyat yoldaşı Şükriyyə xanımı da unutmayaq...
Asav.Huseyn okurunun profil resmi
Təbii )) Hər biri sonsuzadək qəlbimizdə yaşayacaq...Əhməd Cavad zatən himnimizin sözlərini yazmaqla adını bu xalqın tarixinə qızıl hərflərlə yazıb. Hər Əhməd Cavad deyəndə Şükriyyə xanım, Şükriyyə xanım dedikdə Əhməd Cavad anılacaq. Eynən Dilbərlə, Müşfiq kimi...
Gulsen Behramova okurunun profil resmi
Çox gözəl şərh etdiz . Neçə vaxtdır əldə etmişəm lakin oxumağa bir fürsət tapmamışdım . İncələməniz motivasya və maraq yaratdı , gedim oxuyum ))
Asav.Huseyn okurunun profil resmi
Xoş mütaliələr 🙂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.