Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

349 syf.
7/10 puan verdi
·
19 günde okudu
~ Yol Ayrıcında Azıb Qalanlar
Dram əsərlərini sevdiyimdən həmişə Varis'in əsərlərinin yeri məndə bir ayrı olur. Bu kitaba başlayanda kitabı yoxladım görək həqiqətən mi düz kitabı oxuyuram,
Varis
Varis
mi yazib.. çünkü başları
Elxan Elatlı
Elxan Elatlı
nın kitablarını xatırladırdı, başları məni sıxdığı üçün kitaba ara verdim. Sonradan davam edəndə artiq Varisin yazı tərzini görmək kitaba olan həvəsimi bərpa elədi. Yazıçının digər əsərlərində olduğu kimi fərqli dram dolu həyatları oxumaq o qədər maraqlıdır ki,bir "insanın başına heç bunlarda gələ bilər" dediyin həyatları ustalıqla qələmə alır. Reallığa zidd olmayan şəkildə yazmağı da kitabı axıcı şəkildə oxumağa kömək edir, bir tərəfdən əzab əziyyət dolu həyatları ələ alarkən digər tərəfdən istifadə elədiyi ifadələr insani düşünməyə təşviq edir. Ən sevdiyim yanlarından belə kənardan baxanda qınadığınız həyatları ələ gözəl ifadə edir ki siz heçkimi tamamilə günahlandıra bilmirsiz! Varisin kitablarını oxuyun qınadığınız həyatlara birdə onun baxış bucağından baxın inanın ki peşman olmayacaqsınız ! "Düşüncə qərar verəndə səhv etmək ehtimalın çox cüzi olur.Ancaq qəlb qərar verəndə əksər hallarda yanlışlığa yol verirsən.." cümləsi kitabın əsas ideyasını təşkil edir. Bəyənmədiyim yerləri olsada ümumi olaraq kitabi bəyəndim,bəzi yerlərdə daha uzun bir açıqlama,bəzi hadisələrdə fərqli sonluqlar gözləmişdim,amma həmişə dediyim kimi Varis'in kitablarını oxuduqdan sonra sonda buruq bir gülümsəmə qalır üzünüzdə, onuda məhz özünə məxsus edən həmin sonlar olur. Kitabda baş verən hadisələr haqqında çox yazmaq istəmirəm oxuyub görməyiniz daha məsləhətlidir, oxumaq fikriniz varsa məncə peşman olmazsınız indidən, xoş mütaliələr ! 09.04.24 11:04 27.04.24 10:05
Yol Ayrıcında Azıb Qalanlar
Yol Ayrıcında Azıb QalanlarVaris · 2013181 okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.