Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

432 syf.
8/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
"Aləmdə səsim var mənim" Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin ilk romanıdır. Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmaq istəmiş, lakin əsərin nəşri zamanı dəyişib Seyid Əzim Şirvaninin şeirindən götürərək "Aləmdə səsim var mənim" adlandırmışdır (yaxşı ki). İlk romanı olan bu əsərdə Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi şair Seyid Əzim Şirvaninin bədii obrazını yaratmış, XIX əsr Şirvan tarixini və həyatını təsvir etmişdir. "Şamaxı yollardan başlayır..." - deyə əsərə başlayan yazıçı bir həyatı, bir mühiti, bir mübarizəni nəql edir, hekayə davam etdikcə bəzən haşiyəyə çıxaraq bəzi məlumatları çatdırır oxucuya. Əsər Seyid Əzimin gənclik illərindən başlayır, onun xalqı maarifləndirmək uğrunda apardığı mübarizələrlə davam edir. Burada şairi bir müəllim, ailə başçısı, bir aşiq olaraq müşahidə edir, şəxsiyyətinə pərəstiş hissi ilə oxuyuruq. Sonlarda isə artıq Seyid Əzim qocalmış, ətrafında düşmənləri çoxalmışdır. Onu xalqın dərdi qocaltmışdır... Və əsər şairin vəfatı ilə bitir. Lakin yazıçı burada oxucuya çatdırır ki, dünyadan köçən şairin cismidir, ruhu hər zaman bizimlədir. Seyid Əzimin səsi aləmdə hər zaman yaşayacaq... Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim! _________ Əzizə Cəfərzadə yaradıcılığından oxuduğum ilk əsər oldu yazıçının ilk romanı. Gözəl əsər idi. Amma olduqca ağır irəliləyirdi. Bəzi hissələrdə ani keçişlər var idi ki, əvvəldə baş verən hadisə yarım qalırdı, sanki. Bəzi hissələrdə isə hadisələr bir az uzun və sıxıcı davam edirdi. Bu da yəqin ki, yazıçının ilk əsəri olduğundan qaynaqlanırdı. Ümumi olaraq bəyəndim. Əsərdə sevdiyim nüanslardan biri yazıçının müəyyən hissələrdə hekayəni dayandırıb haşiyəyə çıxaraq izahat verməsi, şairə duyduğu məhəbbəti hiss etdirməsi və gələcəklə bağlı bəzi məlumatlar verməsi idi.
Aləmdə Səsim Var Mənim
Aləmdə Səsim Var MənimAzize Caferzade · Şərq-Qərb · 200625 okunma
·
399 görüntüleme
Dinar︎ okurunun profil resmi
Xalqın dərdi ilə dərdlənən şair və yazarlar...İxtisasım dəqiq fənlərlə bağlı olsa da ədəbiyyatı belə yazılarla və şeirlərlə daha çox sevirəm..Əməyinizə sağlıqq⚘️💌
Vəfa Hafiz okurunun profil resmi
Bu sevgini az da olsa ötürə bilirəmsə, nə xoş mənə.🥹 Çox sağ olun, sevgi ilə qalın.🩷🌷
2 sonraki yanıtı göster
Möcüzə okurunun profil resmi
Həmişə ki, kimi təhlilin möhtəşəmdir😍. Ədəbiyyatımızı yaşadan şəxslərdən biri, Vəfamm😍👏
Vəfa Hafiz okurunun profil resmi
Təşəkkür edirəm, Möcüzəm.🥹❤️
Nadya okurunun profil resmi
Çox əla yazmısınız.Axır ki bu kitab haqqında məlumat tapdım✨
Vəfa Hafiz okurunun profil resmi
Təşəkkür edirəm.☺️🩷 Nə gözəl.🌿
1 sonraki yanıtı göster
M.zade okurunun profil resmi
Təhlillərini oxumaqdan zövq aldığım əziz ədəbiyyatsevər.😊 Çox gözəl yazmısınız həmişəki kimi.🌸
Vəfa Hafiz okurunun profil resmi
Çox təşəkkür edirəm.🥹🩷
Ülviyyə  Mikayılova okurunun profil resmi
Çox gözəl təhlil etmisiniz 👍🏻 Mütləq oxuyacam ))
Vəfa Hafiz okurunun profil resmi
Çox sağ olun.🌷 Xoş mütaliələr.😊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.