Gönderi

172 syf.
·
Not rated
·
Read in 16 days
Alçaqlığın fəlsəfəsi
Azad iradə ilə "pisi" seçmək daha doğrudur yoxsa məcburi şəkildə "yaxşını" seçmək? Yaxşı nədir? Pis nədir? Musiqi, xüsusilə də, klassik musiqi, klassik kitablar, hər kəsin tükətdikcə yaxşılıq etmək istəyəcəyi incəsənət nümunələri insanı zalımlığa, təcavüzkarlığa, qatilliyə sövq edə bilərmi? Deyirlər ki, dünyada 36 mövzu var. Yəni demək olar ki, elə bir mövzu yoxdu ki, ondan əvvəl başqası düşünməsin. Bu suallar da, heç kimə yad suallar deyil. Anthony Burgess bu kitabında bu suallara çox maraqlı pəncərədən baxıb. Hələ o Aptalof adlı bir xarakter var ki, Aptalof ki, nə Aptalof. Ondan başqa bu aptal kimi özünə oxşayan Georgie və Pete də, hər şeyi məhv etməkdən həzz duyan alçaqlardırlar. Hekayəni isə bizə nəql edən bizim "güzel kardeşimiz" Alexdir. Alex Mozartı, Schoenberg, Carl Orff və xüsusilə də, Beethovenə heyran birisidir. Özü də, doqquzuncu simfoniyasına. Bunu dinləyəndə adətən qızlara təcavüz etmək, qocaları iri çəkmələri ilə eşşək sudan gələnə qədər təpikləmək, əlindəki (deyəsən) dəyənəyi ilə hər yeri dağıtmaq, qırmaq hissi qəlbini işğal edirdi. Axı bu necə baş verə bilər? Onun ətrafındakı insanlar Mozart dinlədiklərində bütün dünyaya sevgi ilə baxırlar, hər gördüklərinə aşiq olurlar axı. Mozart dinləyən biri əslində qarışqanı belə incitməməlidir. Amma biz Alexdə əks reaksiyanı görürük. Alex gözlənildiyi kimi yaramazlıq etdiyi günlərin birində tutulur. Onu Ludovico texnikası ilə topluma sağlam biri olaraq göndərmək istəyirlər. Bu zaman isə belə bir sual yaranır. Axı məcburi yaxşılıq edən biri nə dərəcədə etibarlı ola bilər? İnsan nə edəcəyini seçməlidir. Biz təəssüf ki, bəzən pislik də, edirik. Lakin bunu ən azından biz seçirik. Bu dünyada məncə, həssas qəlbli və saf insanlar ancaq yaxşılıq edilməsi gərəkdiyini söyləyərlər. Unutmamalıyıq ki, bizim dünyamız cənnət deyil və buranı da, cənnətə çevirə bilmərik. Buna inananların isə necə cəhənnəm yaratdıqlarını tarix bizə göstərib. Lakin biz yenə də, həvəslə, uşaqlara məxsus saflıqla kitablarımızı oxumağa davam edək. Xoş mütaliələr!
Otomatik Portakal
Otomatik PortakalAnthony Burgess · Türkiye İş Bankası Kültür Yayınları · 200992k okunma
·
44 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.