Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

“Tolstoyun velosipedi”
Tolstoy ona hədiyyə olunan velosipedi sürməyi 67 yaşında öyrəndi. Onun 67 yaşında velosiped sürməyi öyrənməsindən ilhamlanaraq “Tolstoyun velosipedi” adlanan, “heç bir şey üçün gec deyil” anlayışı formalaşıb. Nəyəsə gecikdiyinizi düşünəndə, Tolstoyun velosipedini düşünün. Əksəriyyətimiz həmyaşıdlarımızın bizdən öndə olduğunu və bir çox sahələrdə onlardan geri qaldığımızı hiss edirik. Sizdən gənc olanlar çoxdan böyük nailiyyətlər əldə etmiş, möhtəşəm CV-lərə və inanılmaz karyeralara sahib olmuşdurlar. Onların necə və nə zaman buralara gəldiklərini düşünərik. Amma kiminsə bizdən öndə olması, xəyallarımıza bizdən bir neçə addım daha yaxın olması bizim gecikdiyimizi göstərmir. Bizlərdə gecikmişlik hissinə səbəb olan insanlar, xəyallarımızı unudub kənara atmağımıza səbəb olmamalıdır. Bəli, göydəki günəş daha bir gün bizimlə vidalaşır. Bəli, boşa sərf etdiyimiz başqa bir gün əlimizdən sürüşür və gecikmə hissi bir gün daha bütün bədənimizi əhatə edir. Elə isə bir küncə çəkilib, ağlamaqla və ya keçmişi geri qaytarmaq ümidi ilə nə qazanacağıq? Keçmişi geri qaytara bilsək, təxirə saldığımız hər şeyi edə bilərdikmi? Təslim olmaq üçün uydurduğumuz bəhanələrin arxasında gizlənməməliyik. Geriyə baxdığınız zaman, təxirə salınmış keçmişə deyil, başlanmış keçmişə üstünlük verin. Ay səmada yerini tutub parlamaq istəyirsə, Günəşin batmasını gözləməlidir. Səhnədə öz yerini tuta bilmədiyinə görə səhnəni tərk edirsənsə, deməli, öz işığını öz əlinlə öldürmüsən. Uğur qazanmağınıza heç kim mane ola bilməz və unutmayın ki, uğurunuza mane olan yeganə şey özünüzsünüz! Hərəkət etmək üçün ən yaxşı vaxt elə indidir. Siz bir addım atmağa gecikmirsiniz, əksinə, tam vaxtındasınız...
·
1 artı 1'leme
·
87 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.