Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

120 syf.
9/10 puan verdi
·
25 saatte okudu
“Gecikən”ə gecikən olmaq istəmədim :D. Bəlkə, hiss etmiş olarsınız, sanki harasa tələsirik.Ya özümüz , ya ətrafımız, ya mühit bizi harasa tələsdirir.Buna görə də həyatımız düşüncələrdən də daha sürətli keçir.Kitabın adından da göründüyü kimi bu obrazımızı da harasa tələsdiriblər, o da tələsib.Və o bu təyziqdən qurtulmaq üçün bu dəfə tələsməyərək sadəcə “gecikən” olmağı seçib. Yazıçının kinayə dolu qələmini oxuyarkən bəzən gülsək də, sonra üzərimizin mürəkkəb olduğunu görəndə anlayırıq ki, burda hədəf biz olmuşuq. İlk gördüyüm andan etibarən niyə qocalar evinin “Qış Günəşi” adlandırlıdığı mənə çox maraqlı gəldi.Ümümiyyətlə, qış günəşi deyəndə yandıran amma isitməyən, aldadıcı günəş kimi gəlir.Bəlkə də, burada elə çoxu zahirdən günəş kimi görünürdü amma qış günəşi idi.Yəni, insanlar özlərini sanki yaşayırmış kimi aparırlar, amma hər gün asta-asta ölürdülər.Yaxud özlərini xəstə olmadıqları təqdirdə xəstəmiş kimi aparırıdılar, bununla da sanki həyatı aldadırdılar.Həyat onlara toxunmasın, onları yandırmasın.Ya həyat onları çoxdan yandırıbsa, necə? Əsərdə ailə münasibətlərinin əhəmiyyəti də dolayı yola ön plana çəkilmişdi,həyat yoldaşının belə yanında torpağa verilməyini istəmirdi, amma Rozanın məzarının yaxınlığında torpağa veriləcəkdi.Ona da gecikmişdi.Öz qızını anlamağa da gecikdiyi kimi. Həyata gecikməsi az deyilmiş kimi yoldaşı da onu daha çox gecikdirirdi.Yoldaşı qocalığı qəbul etmək istəməyərək, onun üstünə atması kimi.Yaxud övladlarına qarşı münasibətində də aydın görülürdü.Yoldaşının qucağında iti görəndə onu yerə burax desə belə, orada deyilən “siz kimsiniz?” təkcə demensiya ilə bağlı deyildi.Sanki 74 illik ömrünün ən yaxşı anlarını zəhər edən qadına bir sillə idi. Ölümünün də Bohumil kimi olması isə ayrı bir ironiya idi.Çox yerlərə toxunmaq istəyərdim, çünki adi söhbət kimi görünən hissələrdə belə bizə hədəflən mürəkkəb vardı. Uzun sözün qısası, gecikmədən “Gecikən”i oxuyun.^^
Gecikən
GecikənDimitri Verhulst · Nebula Publishing House · 2024275 okunma
··
143 görüntüleme
Samirə Abbasova okurunun profil resmi
Bir sloqana dönmüş oldu bu ifadə - "Gecikənə gecikmək istəmədim"❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.