Gönderi

·
Puan vermedi
Bitirdikdən sonra boş divara baxdıran kitab...
Ah Martin, hüzünlü kekim mənim İlk olaraq onu qeyd etmək istərdim ki, 'Martin Eden' oxuduğum dünya klassikaları içərisində mənim üçün ilk top 5də yer alır. Eşitdiyimə görə kitab Jack Londonun avtobiyoqrafiyasını daşıyır ki, bu fakt məni 2 qat daha üzdü. Əsərimizin baş qəhramanı Martin adlı gənc, aşağı təbəqədən olan gəmiçi oğlandır. İlk səhifələri oxuyarkən görürük ki, onun hələ ki, cəmiyyətdə bir yeri yoxdur. Lakin irəliləyən zamanlarda biz onu cavan, cahil və dünyadan bixəbər insandan Ruthla tanış olduqdan sonra özünü inkişaf etdirib, daima Ruthun səviyyəsinə qalxa bilməyi çox istəyən və özünü ona layiq kişi olaraq yetişdirdirən bir gəncin hekayəsini görürük. Bu hadisələrin fonunda isə Ruthun ailəsi ilə tanış oluruq və onların Martinlə Ruthun münasibətinə qarşı olduqlarını görürük. Eyni zamanda ədəbiyyata da böyük marağı olan Martin əsərlər yazıb göndərək onların çap olunmasını istəyir. Lakin bu uzun müddət qeyri mümkün olur. Buna baxmayaraq o heç vaxt həvəsdən düşmür və nə olursa olsun öz yolunda davam edir. Bu zamanla paralel olaraqsa Ruth'un ailəsi onların görüşməyinə maneə olur və gənclər bir-birindən uzaqlaşırlar. Hamının heç gözləmədiyi bir anda Martin hədəflərinə nail olur. Elə əsas problemlər də bundan sonra başlayır. Artıq onun hərşeyi var idi. İstədiyi qədər pulu, istədiyi əsərləri çap olunurdu, insanlar tərəfindən hörmət olunub sayılırdı, bir zamanlar özündən qat-qat yuxarılarda olan yüksək təbəqənin insanları onu evlərinə çağırıb masa açırdı, hətta Ruth'un ailəsi belə. Amma bunların heç biri artıq Martin'ə xoşbəxtlik vermirdi. İnsanların ikiüzlülüyü, qeyri-səmimiliyini görürdü. Ona tək sadiq olan insanlardan biri bir zamanlar evində kirayə qaldığı, elə ona bu şöhrəti qazandıran əsərlərini onun evinin balaca otağında yazdığı portuqal qadın ev sahibəsi idi. Sonda isə biz Martin'i artıq dünyadakı saxta insanlardan, mənfəət münasibətlərindən, təbəqələşmədən tükənmiş biri olaraq görürük. O bütün bunlardan yorulur və özünü dənizin dibinə batıraraq intihar edir. Ümumiyyətlə mənim fikrimcə Ruth Martin'in sevgisinə heç vaxt layiq olmamışdı. Başqa bir həyatda, başqa cür həyat şəraitiylə, başqa bir insanla, başqa xoşbəxt sonluqla bitə bilərdi..
Martin Eden
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202392,6bin okunma
·
59 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.